Icma.az
close
up
RU
Dentofobiya nədir və ondan xilasolma yolları Psixoloq DANIŞDI

Dentofobiya nədir və ondan xilasolma yolları Psixoloq DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uşaqlar arasında həkimdən qorxmaq, onun müayinəsinə getməkdən çəkinmək halı geniş yayılıb. Diş həkimindən qorxmaq isə ən çox rast gəlinən haldır. Hətta bəzi valideynlər uşağı həkimə getməklə qorxudurlar. Əslində bu, heç də yaxşı hal deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirir. Qdontofobiya, bəzən də dentofobiya və ya stomatofobiya adlandırılan diş həkimindən qorxu halı ilə əlaqədar məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi deyib: “Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür. Onlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağızı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirirlər. Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaq sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olur”.
Psixoloqun dediyinə görə, həkimə getməzdən əvvəl orada olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalı, hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır: “Uşağın əlinə qaşıq verərək “diş həkimi-xəstə oyunu” oynamaq onu həkimə qarşı mülayimləşdirir. Öz növbəsində, həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır. Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.
Psixoloq Yeganə Əsgərova daha sonra deyib: “Stomatologiyada istifadə edilən keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stresini yaşamamaq məsləhətdir. Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxularla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir.
Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim, həm də xəstə üçün münasib olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqla musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya asistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.
“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu nəticəsində müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqətli olması lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkiminin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyası olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”,- deyə psixoloq söhbətə yekun vurub.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri