Icma.az
close
up
RU
Deputat: “Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda mühacir həyatı yaşayan bəzi şəxslər ölkəyə gətirilə bilər”

Deputat: “Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda mühacir həyatı yaşayan bəzi şəxslər ölkəyə gətirilə bilər”

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mühacirlərin ölkəyə qaytarılması barədə Azərbaycan tərəfinin hüquqi müstəvidə tələbləri olacaqsa, təbii ki, Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər. Bu, istisna edilmir. Xüsusilə, Azərbaycanın son dövrlər artan nüfuzu, gücü deməyə əsas verir ki, Azərbaycan dövləti bütün proseslərdə haqlı mövqedən çıxış etməklə öz haqqını, hüququnu ən yüksək səviyyədə qorumağa, təmin etməyə qadirdir. Biz artıq belə bir dövlətə çevrilmişik. Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən xoşagəlməz hadisə buna bariz nümunədir. Almaniya Prezidenti Azərbaycandan əvvəl  Ermənistana səfər etmişdi. Bir gün əvvəl səfər ərəfəsində sosial şəbəkə hesabında qondarma qurumun əski parçasını paylaşılmışdı. Bununla bağlı Azərbaycan tərəfi dərhal ciddi reaksiya verdi. Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Qarşı tərəf üzr istəməklə öz səhvi, günahı ucbatından yaranmış situasiyaya son qoymuş oldu. Münasibətlər normal məcrada inkişaf etməyə davam edir. Bu, növbəti dəfə Azərbaycanın öz haqlı mövqeyini təmin etmək əzmində olduğunu nümayiş etdirən faktdır. Təbii ki, Azərbaycan hüquqi müstəvidə qanunlara müvafiq qaydada tələb etdiyi şəxslərin qaytarılmasına nail olmaq imkanına da malikdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat xatırladıb ki, Azərbaycan-Almaniya münasibətləri 1992-ci ilin yanvarında Almaniya tərəfindən Azərbaycanın müstəqilliyi tanınandan sonrakı dövrə təsadüf edir və artıq 33 illik tarixi var: “1992-ci ildə əsası qoyulmuş münasibətlər ilkin olaraq diplomatik, siyasi, ticari, iqtisadi sahədə artan dinamika ilə inkişaf etdirilib. Bu illər ərzində Azərbaycanın dövlət başçısı, eləcə də Baş nazir, xarici işlər naziri, digər rəsmi şəxslər dəfələrlə Almaniyaya müxtəlif ranqlı qarşılıqlı səfərlər ediblər. İki ölkə arasında münasibətlər hər zaman normal müstəvidə olub. Bu ilin təkcə yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında iqtisadi, ticari münasibətlər üç dəfə artıb. Azərbaycandan Almaniyaya xam neftin ixracı, eləcə də digər sferalardakı münasibətlər iki ölkə arasındakı siyasi, diplomatik münasibətlərə də müsbət mənada yansımış olur. Müxtəlif sahəli əməkdaşlıq özündə hüquqi müstəvidə də əməkdaşlığı ehtiva edir. Bütün bunlara baxmayaraq, Azərbaycanın əleyhinə olan, Azərbaycanın həqiqətlərini təhrif etməklə Azərbaycana qarşı müxtəlif platformalardan, xüsusilə, sosial şəbəkə üzərindən savaş açan camiyə var. Təəssüf ki, bu camiyə həm də vaxtilə Azərbaycan vətəndaşı olmuş, azərbaycanlıların içindən çıxmış şəxsləri əhatə edir”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see146

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see131

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see129

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see123

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see123

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see122

Almaxanım ana oldu

04 İyul 2025 15:22see122

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see119

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see118

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see118

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see118

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see117

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see117

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see115

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see114

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see113

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see113

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri