Icma.az
close
up
RU
Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın geostrateji mövqeyi, Orta Dəhlizdə mühüm tranzit qovşağı olması Çinin Avropa ilə əlaqələrində ölkəmizin əhəmiyyətini artırır.
Qarşılıqlı etimad hər iki ölkənin milli maraqlarına uyğun əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyini proqnozlaşdırmağa əsas verir. Azərbaycan Çinlə dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltməkdə maraqlıdır. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalandığını xatırladan deputat nəzərə çatdırıb ki, bu sənəd qarşlıqlı əlaqələrin tarixində yeni bir mərhələnin başlanğıcı kimi qəbul edilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfəri bunu bir daha təsdiq etdi. Münasibətlərin inkişaf dinamikası, imzalanmış sənədlər qarşıdakı dövrdə Azərbaycan-Çin tərəfdaşlığının xüsusilə rəqəmsal infrastruktur, yaşıl enerji və logistika kimi sahələrdə daha dinamik inkişaf edəcəyini proqnozlaşdırmaq üçün əsas yaradır. Həm Azərbaycan, həm də Çin sürətlə dəyişən qlobal mühitə uyğun olaraq, praqmatik əməkdaşlığını daha da genişləndirməkdə maraqldır".
Soltan Məmmədov bildirib ki, Azərbaycan qlobal inkişaf, təhlükəsizlik və sivilizasiyalararası dialoq təşəbbüslərinə hər zaman fəal dəstək verir. Burada əsas məqsəd regional və qlobal müstəvidə sülhün, əməkdaşlığın təşviqinə və iqtisadi əlaqələrin gücləndirilməsinə nail olmaqdır: "Məhz bu kontekstdə Azərbaycan–Çin əməkdaşlığı yaxın illərdə bir çox sahələrdə, o cümlədən nəqliyyat-logistika, energetika, ticarət-investisiya və mədəni-təhsil sahələrində dərinləşə bilər. Azərbaycanın tranzit mövqeyi və Çinin böyük iqtisadi gücü bu əlaqələrin strateji tərəfdaşlığa çevrilməsi üçün möhkəm baza formalaşdırıb".
Deputat deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin həcmi ilbəil artmaqdadır. Bu gün Çin, Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ilk beşlikdə yer tutur. Həmçinin Azərbaycan Çinin Cənubi Qafqaz regionu üzrə ən böyük ticarət tərəfdaşıdır: “Dünyada hökm sürən iqtisadi təlatümlər fonunda Azərbaycan-Çin münasibətləri regional və qlobal sabitliyə, inkşafa xidmət edən strateji əməkdaşlığa çevrilib.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Sentyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri