Icma.az
close
up
RU
Deputat: “Azərbaycan Çin üçün çox maraqlı və cəlbedici ölkədir”

Deputat: “Azərbaycan Çin üçün çox maraqlı və cəlbedici ölkədir”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat: “Azərbaycan Çin üçün çox maraqlı və cəlbedici ölkədir”
“Azərbaycan və Çin arasında imzalanmış sənədlər, xüsusilə də qarşılıqlı viza prosedurlarının sadələşdirilməsi və vizasız rejimin tətbiqi, iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkanlar açır. Bu qərarlar ilk növbədə turizm və ticarət sahələrində öz real nəticələrini verməyə başlayıb”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, 2024-cü ilin ilk yarısında Çindən Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfəyə yaxın artaraq 45 min nəfərə çatıb:
“Bu da vizasız rejimin nə qədər effektiv olduğunu göstərən bariz nümunədir. Ticarət sahəsində də tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 27% artaraq 3,5 milyard ABŞ dollarına çatıb. Çin artıq Azərbaycanın dördüncü ən böyük xarici ticarət tərəfdaşıdır və bu rəqəmlər ildən-ilə artır.  Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır. Ölkəmizin ərazisindən keçən Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları Çin mallarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayır”. 
Deputat qeyd edib ki, bu dəhlizlərin yükdaşıma potensialı hər il artır və regional logistika üçün yeni imkanlar yaradır:
“Alternativ enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Çin şirkətləri ilə bu sahədə imzalanmış razılaşmalar, qarşılıqlı maraq və investisiyaların artması, enerji sektorunda da iki ölkə arasında möhkəm əməkdaşlıq platformasının qurulmasından xəbər verir. 
Azərbaycan–Çin münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə ardıcıl olaraq inkişaf edir. Prezident İlham Əliyevin sonuncu Çinə səfəri bu əlaqələrin strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqləyir və yaxın illərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını göstərir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri