NYT: Tramp Vensdən narazı olduğu üçün Rubioya prezidentliyə namizəd kimi baxır
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla müharibəyə münasibətindən getdikcə daha çox narazılıq duyur.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp əvvəlcə Vensin aralıq seçkilərdə respublikaçıların məğlubiyyətini İranla müharibə ilə əlaqələndirməsinə açıq şəkildə sakit reaksiya verib. Lakin son iki həftədə prezidentin narazılığı artıb.
Tramp xüsusilə Vensin arqumentlərini təqdim etmə formasından və İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarını açıq şəkildə dəstəkləməməsindən narazıdır.
Eyni zamanda, ABŞ lideri dövlət katibi Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirir və şəxsi söhbətlərində onun güclü prezidentliyə namizəd ola biləcəyini bildirir.
Nəşr qeyd edir ki, Trampla münasibətlərdə yaranan gərginlik Vensin gələcək prezident seçkilərində namizədliyinə təsir göstərə bilər. Vitse-prezidentə yaxın mənbələrin sözlərinə görə, Vens seçkilərdə iştirak edib-etməyəcəyi barədə hələ yekun qərar verməyib.
Baxış sayı:52
Bu xəbər 19 Noyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















