Icma.az
close
up
RU
Deputat: Azərbaycan ətraf mühitin qorunmasının təşviqi üçün beynəlxalq səylərdə fəal iştirak edir

Deputat: Azərbaycan ətraf mühitin qorunmasının təşviqi üçün beynəlxalq səylərdə fəal iştirak edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

İqlim dəyişikliyi ATƏT məkanında ən ciddi təhlükəsizlik təhdidlərindən birinə çevrilib. İqlim dəyişikliyi ilə mübarizə regionumuzda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasından ayrı düşünülə bilməz. Beynəlxalq təşkilatlar iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayırlar. Biz inanırıq ki, ölkələr və beynəlxalq təşkilatlar real və təsirli iqlim həlləri üçün birgə işləməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyulun 3-də ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində Portuqaliyanın Porto şəhərində keçirilən “Helsinkidən 50 il sonra ATƏT” mövzusunda ümumi müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, Helsinki Yekun Aktının imzalanmasının 50 illiyini qeyd edərkən, bizi bu günə qədər istiqamətləndirən ümumi prinsipləri xatırlayırıq: suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlər arasında əməkdaşlıq və s. Bu prinsiplər bu gün də əsas olaraq qalır, çünki biz təkcə ənənəvi təhlükələrlə deyil, eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin pisləşməsi kimi sərhədləri aşan mürəkkəb çağırışlarla üz-üzəyik.

Deputat qeyd edib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə güclü sadiqliyini bir daha təsdiq edir, davamlı inkişafın və ətraf mühitin qorunmasının təşviqi üçün beynəlxalq səylərdə fəal iştirak edir: “Biz bərpaolunan enerji mənbələrinə keçid edir, karbon çirkliliyini azaldır və yaşıl iqtisadiyyatı inkişaf strategiyamızın əsas elementi kimi görürük. Bu öhdəlik xüsusilə azad olunmuş ərazilərimizdə aydın görünür: biz bu torpaqlarda davamlı bərpa modelini yaradırıq. Bir vaxtlar münaqişədən və ekoloji dağıntılardan zərər çəkmiş bu ərazilər ağıllı texnologiyalar, təmiz enerji və müasir infrastruktur əsasında yaşıl enerji zonasına çevrilir”.

“Bizim bu işə sədaqətimiz 2024-cü ilin noyabrında Bakıda uğurla keçirilmiş COP29 konfransında öz əksini tapdı. Bu konfrans təkcə ölkəmiz üçün deyil, regionumuz və qlobal iqlim diplomatiyası üçün də mühüm mərhələ oldu. COP29 çərçivəsində iqlim maliyyəsinin artırılması, şəffaflığın yaxşılaşdırılması və hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın təşviqi sahəsində əhəmiyyətli nəticələr əldə olundu. COP29-a ev sahibliyi etmiş Bakı COP30-a aparan yolda mühüm mərhələ oldu. Məhz Bakıda insan hüquqlarını və inkişaf etməkdə olan ölkələrin tələbatını nəzərə alan ədalətli iqlim maliyyəsini təmin etməyə yönəlmiş “Bakıdan Beləmə” yol xəritəsinin təməli qoyuldu”, - deyə S.Fətəliyeva vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri