Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Deputat: Azərbaycanın qazandığı bütün tarixi nailiyyətlərdə Ümummilli Liderin imzası var AZƏRTAC

Deputat: Azərbaycanın qazandığı bütün tarixi nailiyyətlərdə Ümummilli Liderin imzası var AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Müasir tariximizin böyük bir dövrü xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyası tarixi uğurlarımızın əsas istiqamətverici qüvvəsi olmaqla, bu gün də xalqımızın parlaq gələcəyinə aparan yola işıq salır.

Bu fikirlər Milli Məclisin deputatı Mircəlil Qasımlının “Azərbaycanın qazandığı bütün tarixi nailiyyətlərdə Ümummilli Liderin imzası var” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində Azərbaycan üçün ağır və böhranlı illərdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider demokratik və hüquqi milli dövlət quruculuğunu, müstəqilliyimizin möhkəmləndirilməsini, xalqımızın firavan həyatının təmin edilməsini, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsini əsas hədəflər kimi müəyyənləşdirdi.

Bu xüsusda, Ulu Öndər tərəfindən Azərbaycanın potensial imkanları, milli mənafeləri, həmçinin qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və digər vacib amillər nəzərə alınmaqla hazırlanan strateji inkişaf konsepsiyası ölkəmizin hərtərəfli tərəqqisində, qarşıya qoyulan vəzifələrə nail olunmasında önəmli rol oynadı.

1969-1982-ci illər: Müstəqil Azərbaycanın qurulmasına zəmin yaradacaq müdrik addımlar

Sovet hakimiyyəti illərində 1969-cu ilə qədər olan müddətdə Azərbaycan İttifaqın digər respublikaları ilə müqayisədə geridə qalır, iqtisadi tənəzzül dövrünü yaşayırdı. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə respublikamızda quruculuq prosesinə start verildi, Azərbaycan tərəqqi dövrünə qədəm qoydu. İqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafın təmin olunması, sənayenin gücləndirilməsi istiqamətlərində önəmli addımlar atıldı, bərpa-quruculuq prosesi həyata keçirildi. 1982-ci ilədək respublikada 200-dən çox yeni sənaye müəssisəsi yaradıldı, böyük iqtisadi potensiala malik fabriklər, zavodlar fəaliyyətə başladı, təhsil və mədəniyyət ocaqları inşa edildi. Bakı Məişət Kondisionerləri zavodu, Bakı Dərin Özüllər zavodu, Bakı Neftayırma zavodunun emal kompleksi, metro stansiyaları və digər sənaye, infrastruktur obyektlərinin fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının, neft sektorunun inkişafı istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində qısa müddətdə Azərbaycan İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi.

Ümummilli Lider azərbaycanlı gənclərin ən nüfuzlu ali məktəblərdə təhsil almalarını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Bu, ölkəmizin kadr potensialının, o cümlədən müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin, hərbçilərin formalaşdırılmasında olduqca önəmli rol oynadı.

Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə böyük uzaqgörənliklə atılan addımlar respublikanın inkişafını təmin etməklə yanaşı, gələcək müasir müstəqil Azərbaycanın qurulmasına hərtərəfli zəmin yaratdı.

Xilaskarlıq və quruculuq missiyası

1990-cı illərin əvvəllərini müasir Azərbaycan tarixinin ən ağır və çətin dövrü kimi xarakterizə etmək olar. İqtisadi və siyasi böhranla müşahidə olunan bu dövr Ermənistanın işğalçılıq siyasəti ilə daha da ağırlaşırdı.

Azərbaycan xalqı belə çətin məqamda gələcək taleyini Ulu Öndərə etibar etdi. Xalq əmin idi ki, Ümummilli Lider zəngin təcrübəsi, müdrik və qətiyyətli siyasəti, düşünülmüş və nəticəyə hesablanmış qərarları ilə ölkəmizi bu çətin sınaqdan üzüağ çıxaracaq.

Gücünü xalqının inamından alan Ulu Öndər məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını uğurla həyata keçirdi, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxardı.

İlk növbədə, dövlət müstəqilliyimizə təhdid yaradan bütün ünsürlər və risklər zərərsizləşdirildi, davamlı və sarsılmaz əsaslara malik sabitlik təmin olundu. Dövlətin siyasi, iqtisadi dayaqları formalaşdırıldı, qanunvericilik bazasının yaradılması istiqamətində işlər həyata keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi ilə qəbul edildi. Ölkədə ardıcıl islahatlar ilə müşayiət olunan iqtisadi quruculuq prosesinə başlanıldı, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən davamlı sosial tədbirlər həyata keçirildi. Qısa müddət ərzində ordu quruculuğu istiqamətində zəruri addımlar atıldı, peşəkar ordu yaradıldı, onun maddi-texniki bazası möhkəmləndirildi.

Bu il 30-cu ildönümünün qeyd edildiyi "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin yeni enerji strategiyasının icrasına başlanıldı. Neft-qaz sənayemizin yenidən dirçəlməsinə, Azərbaycana xarici investorların cəlb olunmasına şərait yaradan bu sənəd ölkəmizin hərtərəfli inkişafına əsaslı zəmin yaratdı.

Ulu Öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursu, çoxşaxəli fəal diplomatiyası nəticəsində Azərbaycan ilə dünyanın aparıcı dövlətləri və beynəlxalq təsisatlar arasında qarşılıqlı faydalı əlaqələr quruldu.

Beləliklə, Ümummilli Liderin mükəmməl idarəçilik bacarığı, müdrik siyasəti və zəngin təcrübəsi nəticəsində qısa müddət ərzində xalqımız çətin sınaqlardan uğurla çıxaraq, müstəqilliyini möhkəmləndirdi və əbədi etdi.

Siyasi varislik missiyası: Reallığa çevrilən strateji hədəflər

Fəaliyyətinin bütün mərhələlərində Azərbaycana, xalqımıza şərəflə xidmət edən, daim onun maraqlarını uca tutan Ümummilli Lider Heydər Əliyev ölkəmizi güclü və qüdrətli dövlətə çevirmək istəyirdi. 1993-2003-cü illərdə bu istiqamətdə görülən mühüm, böyükmiqyaslı işlər buna möhkəm əsaslar yaratmışdı. Lakin perspektivdə qüdrətli Azərbaycanın formalaşmasına xidmət edəcək nəhəng layihələr, görüləsi işlər çox idi.

Bu xüsusda, Ulu Öndərin müəyyənləşdirdiyi strateji hədəflərə nail olmaq, mürəkkəb regionda yerləşən Azərbaycanı dayanıqlı inkişafa malik qüdrətli dövlətə çevirmək çətin missiya idi.

2003-cü ildə Azərbaycan xalqının böyük inamı və qətiyyətli iradəsi nəticəsində Prezident seçkilərində qalib gələn İlham Əliyev andiçmə mərasimindəki çıxışında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalacağını bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Ötən 21 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdiyi inkişaf strategiyasını uğurla davam etdirərək xalqımıza özünün çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm nailiyyətlərini qazandırdı, Azərbaycanı dayanıqlı iqtisadiyyata, güclü siyasi iradəyə, qüdrətli orduya malik ölkəyə, qlobal əhəmiyyətli layihələri uğurla icra edən dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında qazanılan şanlı qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi, Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi.

Ulu Öndərin qurub yaratdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən Azərbaycan bu gün qalib ölkə kimi beynəlxalq münasibətlər sistemində böyük hörmət və nüfuz sahibinə çevrilib. Ötən ay COP29 kimi mötəbər tədbirə uğurla ev sahibliyi edən Azərbaycan liderlik qabiliyyətini və yüksək təşkilatçılıq bacarığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin parlaq ideyaları əsasında qarşıya qoyulan bütün strateji hədəflərə nail olan Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişafının yeni mərhələsində inamla irəliləyir. Bugünkü qüdrətli Azərbaycan xalqımızın Ulu Öndərin xatirəsinə olan dərin hörmət və ehtiramının ən gözəl nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri