Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Deputat: Azərbaycanın türkdilli ölkələrdə, Türkiyədə ciddi təbliğatına ehtiyac var

Deputat: Azərbaycanın türkdilli ölkələrdə, Türkiyədə ciddi təbliğatına ehtiyac var

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qlobal iqtisadiyyatı sarsıdan pandemiyadan sonra dünyada turizm potensialı artan xətt üzrə inkişaf etməyə başlayıb. Burada əsas amillərdən biri həm də son illər ərzində dünyada turizmə marağın artmasıdır. Müşahidələr də göstərir ki, bir çox cəmiyyətlərdə turizm mədəniyyəti sürətlə yüksəlir. Qlobal siyasi və ekoloji böhran turizmə mənfi təsir etsə də, sosial inkişaf, iqtisadi artım və nəticədə cəmiyyətin ehtiyacları bu sektorun perspektivlərini şərtləndirir. Beləliklə, turizm iqtisadiyyatın aparıcı sütunlarından nəinki olmağa davam edir, sözügedən tendesiya daha da güclənir. Ümumi statistik məlumatlar göstərir ki, yerləşdiyimiz Cənubi Qafqaz regionunda turizm potensialı kifayət qədər böyükdür və burada Azərbaycanın payı daha çox ola bilər. Düzdür, turizmin inkişafı dövlət səviyyəsində prioritet sahələrdən birinə çevrilib. Amma mövcud potensialdan tam yararlana bilirikmi?”

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, statistik məlumatlara əsaslansaq ötən il Azərbaycana 2,626,838 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. “Bu da 2023-cü illə müqayisədə 25.9% artım deməkdir. Ən çox turist Rusiyadan (27.8%), Türkiyədən (16.2%), Hindistandan (9.3%) və İrandan (8.0%) gəlib. Lakin nəzərə alaq ki, Rusiyadan gələnlər arasında orada yaşayan həmvətənlərimiz də var. Bu da rəsmi statistikaya təsirsiz ötüşmür.

2025-ci ilin ilk ayında isə Azərbaycana 172,653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% artım deməkdir . 2025-ci ilin ilk beş ayı üçün tam statistik məlumatlar hələ açıqlanmayıb. Lakin 2024-cü ildə müşahidə olunan artım tendensiyası və 2025-ci ilin yanvar ayındakı artım nəzərə alındıqda, bu il də turizm sahəsində artımın davam edəcəyi gözlənilir”, - o vurğulayıb. 

Deputat bildirib ki, Azərbaycan zəngin tarixi, müxtəlif təbii landşaftları və unikal mədəni irsi ilə turizm sahəsində böyük potensiala malik olan ölkələrdən biridir: “Coğrafi mövqeyi və iqlim şəraitinin əlverişli olması, Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşməsi vətənimizi turistlər üçün cəlbedici edir. Xüsusilə Vətən Müharibəsində qazanılan Şanlı Zəfər, suverenliyimizin tam bərpası və azad olunan ərazilərdə yaradılan infrastruktur, mineral bulaqlar, əsrarəngiz təbiət, biomüxtəliflik, tarixi mədəni irs, çoxsaylı abidələr gələcək daha güclü potensialın müjdəçisi təsiri bağışlayır. Bu ərazilərdə yeni turizm marşrutları və infrastrukturun yaradılması böyük perspektivlərdən xəbər verir. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam və digər bölgələrin gələcək turizm mərkəzlərinə çevrilməsi gözümüzün önündə baş verir. Turizm potensialının artırılması baxımından işğaldan azad edilmiş ərazilərdə birbaşa Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə görülən işlər təqdirəlayiqdir.

Ancaq mövcud potensial da kifayət qədər tutumludur. Məsələn: Xəzər dənizi sahillərində yerləşən çimərliklər, Böyük Qafqaz dağlarındakı Şahdağ və Tufandağ kimi qış turizm mərkəzləri ciddi potensial deməkdir. Bundan başqa müalicəvi kurortlar – Naftalan nefti, gələn istifadəyə verilməsi nəzərdə tutulan İstisu sanatoriyası, Qalaaltı kimi yerlər sağlamlıq turizmi üçün ideal məkandır. Ekoturizm və kənd turizmi də son illərdə kifayət qədər aktualdır. Tarixi-Mədəni Turizm sahəsində UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan qayaüstü rəsmləri, Şəki Xan Sarayı, İçərişəhər kimi abidələr ciddi turizm subyekti sayıla bilər. Təbii ki, ənənəvi musiqi və rəqslər, milli mətbəx və xalq sənətləri də turistlər üçün xüsusi maraq kəsb edir. Artıq ənənə halını alan Qəbələ Musiqi Festivalı, Bakı Caz Festivalı və bu kimi digər beynəlxalq tədbirlər də mədəni turizmin təşviqi sahəsində effektiv sayıla bilər. Bu sırada vurğulamaq yerinə düşər ki, Formula 1 Qran-Prisi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman tədbirləri də turizm potensialının yüksəlməsinə müsbət təsir göstərib. Ötən il reallaşan COP29 tədbiri isə ölkəniin turizm imicində yeni mərhələ sayıla bilər.

Bütün bunlarla bərabər paytaxt Bakının biznes şəhəri kimi statusu, yaradılan müasir infrastruktur və tarixi memarlığı, dinamik həyat tərzi də turistləri cəlb edir. 

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2022–2026-cı illər üçün Strategiya” çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, regionlara sərmayələrin cəlb olunması, viza prosedurlarının sadələşdirilməsi həyata keçirilir. ASAN viza sistemi sayəsində 90-dan çox ölkənin vətəndaşı onlayn şəkildə viza əldə edə bilir. Bu siyahı mütamadi genişləndirilir. Qarşılıqlı vizalar ləğv olunur və s. 

Gələcəkdə turizmin qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən birinə çevrilməsi üçün dövlətin davamlı dəstəyi, cəmiyyətin yaxından iştirakı və innovativ yanaşmalar vacib rol oynayacaq. 

Turizmin formalaşması yerli əhalinin yaşam səviyyəsi və həyat tərzinin yüksəlişi  üçün də mühüm əhəmiyyətə malikdir. Yəni, bu həm də sosial məsələdir. Başqa sözlə, turizm sektoru sosial məsələlərin həlli və iqtisadi inkişafın mənbələri ilə qarşılaşdırıcı rol oynayır. Nəticədə müxtəlif xalqların yaxınlaşmasına, mədəniyyət və incəsənətin inkişafına, millətlərin fiziki və mənəvi cəhətdən daha sağlam formalaşmasına gətirir. Turizmin inkişafı eyni zamanda yeni iş yerlərinin yaradılması və ölkənin ödəniş balansının yaxşılaşdırılmasında öz böyük təsirini göstərir.

Ölkə daxilində turist qəbul etməzdən öncə istifadə ediləcək xidmət dairəsini təşkil etmək və infrastruktur şəbəkəsini genişləndirmək olduqca zəruridir”.

Deputat hesab edir ki, bu ölkədə ən zəif bənddir. Avtomobil nəqliyyatından tutmuş, istehlakçı xidmətləri, restoran işi, müxtəlif xidmət keyfiyyəti olan mehmanxana və digər xidmətlər bir çox ölkələrlə müqayisədə aşağı səviyyədədir: “Digər çatışmazlıq isə piarla bağlıdır. Qardaş Türkiyə turizm məlumatlarının mübadiləsinin inkişaf etdirilməsində böyük təcrübəyə malikdir. 
Azərbaycanın turizm imkanları, bölgələrimizin bu sahədə potensialı ilə bağlı digər türkdilli ölkələrdə, xüsusilə Türkiyədə ciddi təbliğat və təşviqə ehtiyac var. Bunun üçün hansısa piar platformaları yaradılmalıdır. Müxtəlif stimullaşdırıcı turizm marşurutları təklif edilə bilər və s. Bir sözlə, təqdimat tədbirlərinin həyata keçirilməsi, infrastrukturun artması, turizm sahələrinin müxtəlifliyi və xidmət keyfiyyəti ölkənin cazibədar bir turizm obyekti olmasına gətirib çıxaracaq. Qarşıdakı 5 ildə Azərbaycanın turizm ölkələri sırasında ən yaxşı yerlərdən birinə sahiblənməsi əsas hədəflərdəndir.  Daha yaxşı turizm sektoruna nail olmaq üçün kadr potensialı gücləndirilməli, ekoturizm, qış və sağlamlıq turizmi daha da inkişaf etdirilməli, bu sahəyə əlavə investisiya cəlb olunmalıdır”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri