Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisdə magistr dərəcəsi almış və rezidenturanı bitirmiş şəxslərin müvafiq vəsait ödəmək qarşılığında hərbi xidmətdən azad edilməsi təklif olunub.
“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Sovet dövründən qalma fikir var ki, kişidirsə, mütləq hərbi xidmətdən keçməlidir. Elə gənclərimiz var ki, onlar kompüter arxasında daha faydalıdırlar. Hərb özü də bir sənətdir. Hərbi xidmətə yararlı olsa da, hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”.
O həmçinin təklif edib ki, ikidən artıq övladı olan və ailənin yeganə gəlir mənbəyi olan kişilərə də möhlət hüququ hansısa şəkildə tətbiq edilsin.
Baxış sayı:140
Bu xəbər 13 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















