Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi FOTOLAR

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Veysəloğlu Şirkətlər Qrupu Bakıda yerləşən “Elite Events Hall” məkanında əməkdaşları ilə birlikdə korporativ Yeni İl bayramını qeyd edib. Şirkətlər Qrupunun rəhbər heyəti də daxil olmaqla 1200-dən artıq əməkdaş gecəyə qatılıb və birlikdə bayram əhval-ruhiyyəsi yaşayıblar.

Gununsesi.info xəbər verir ki, rəsmi açılış və salamlama ilə başlayan gecədə Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov əməkdaşları Yeni İl münasibətilə təbrik edərək, ötən il ərzində əldə olunan nəticələr, komanda birliyi və qarşıdakı dövr üçün hədəflərlə bağlı fikirlərini bölüşüb.

Daha sonra Şirkətlər Qrupuna daxil olan bizneslərin korporativ Yeni İl təbriklərini əks etdirən videoçarxlar nümayiş olunub.

Gecənin bədii hissəsi Dövlət Rəqs Ansamblının çıxışı və milli oyun havaları ilə davam edib. Tədbir proqramında Azərbaycanın tanınmış sənətçilərinin çıxışları xüsusi maraqla qarşılanıb. Xalq artisti Röya Ayxanın səhnə performansı gecəyə rəng qatıb.

Tədbirin ortalarında Veysəloğlu Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslərin təmsilçiləri arasında əvvəlcədən  keçirilən yarışmanın qalibləri təqdir olunub.

Proqram çərçivəsində Xəzər Qrupunun ifasında rəqs və oyun havaları, müxtəlif aktivasiya və şou elementləri təqdim edilib. Rəqs ansamblının növbəti çıxışı, gənc ifaçı Mərdan Kazımovun qrup ilə səhnə performansı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gecənin ən həyəcanlı məqamlarından biri əməkdaşlar arasında keçirilən yarışma olub. Yarışma iki mərhələdə təşkil edilib və qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Proqram Xalq artisti Faiq Ağayevin çıxışı, Dövlət Rəqs Ansamblının yekun nömrələri, milli musiqilər və DJ Proxxy-nin ifasında musiqi proqramı ilə davam edib.

Korporativ Yeni İl tədbiri Veysəloğlu Şirkətlər Qrupunda formalaşmış güclü komanda ruhunun, birlik və həmrəyliyin nümayişi olmaqla yanaşı, əməkdaşlar üçün unudulmaz bayram gecəsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri