Deputat: Bir sıra sosial müavinət və təqaüdlərlə bağlı yaxın zamanda qərar veriləcək
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanda qərar veriləcək.
Reyting.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
O xatırladıb ki, dövlət başçısı İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.
V.Bayramov qeyd edib ki, hökumət artıq bu istiqamətdə təkliflərin hazırlanmasını həyata keçirir:
"Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti təklifləri bu ayın ikinci yarısı təqdim edəcək".

Sosial müavinət və təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR
02 Aprel 2025 11:57
Sosial müavinət və təqaüdlərlə bağlı mühüm xəbər
06 May 2025 09:08
Sosial müavinətlərlə də bağlı qərar veriləcək Deputat
03 Fevral 2025 12:13
Pensiya, müavinət və təqaüdlərlə bağlı Sərəncam
23 Dekabr 2024 17:00
Referendumla bağlı qərar veriləcək? Deputat açıqladı
27 Yanvar 2025 11:13

