Icma.az
close
up
RU
Sosial müavinət və təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR

Sosial müavinət və təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Dövlət başçısının tapşırığına uyğun olaraq sosial paket yalnız əmək haqqı, pensiya artımları deyil, eyni zamanda sosial müavinət və təqaüdlərdə artımları özündə ehtiva edir. 

BAKU.WS-in məlumatına görə, artıq yanvarın 1-dən minimum əmək haqqı, fevralın 1-dən etibarən isə minimum pensiya artımları olub. Eyni zamanda, əmək pensiyaları bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. 

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamda isə Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin üç ay müddətində Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi həyata keçirilməlidir.

Bəs təkliflər nə zaman hazır olacaq? Müavinətlər nə vaxtdan artacaq?

Bu suallarla bağlı BAKU.WS-ə danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, artıq yeni dövrdə Nazirlər Kabineti hazırladığı təklifləri təqdim edə biləcək. Çünki cənab prezident tərəfindən Nazirlər Kabineti üçün müəyyənləşdirilmiş zaman başa çatıb:

"Təkliflərin hazırlanması və təqdim edilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti tərəfindən həmin sənəd təqdim olunduqdan sonra ölkə başçısı tərəfindən uyğun sənədlər imzalanır, sərəncamlar verilir və buna uyğun olaraq sosial paketin digər istiqaməti, sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşır. 

Nazirlər Kabineti tərəfindən təkliflər paketi təqdim olunduqdan sonra hansı müavinətlər və təqaüdlərin artırılacağı bəlli olacaq. O baxımdan müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək. Amma konkret olaraq hansı müavinət və təqaüdlərdə artımların olması bu yalnız təkliflər təqdim olunduqdan və cənab Prezident tərəfindən sənəd imzalandıqdan sonra bəlli olacaq. 

Üç ay təkliflərin hazırlanması üçün müəyyənləşmiş müddətdir. Təkliflərə uyğun olaraq sənəd hazırlanır və müavinət və təqaüdlərin artırılması reallaşır. Ona görə də müəyyənləşmiş üç ay ərzində təkliflər hazırlanması nəzərdə tutulub və yalnız təkliflər hazırlandıqdan sonra müavinətlər və təqaüdlərdə artımların reallaşması mümkündür. 

Söhbət üç ay müddətində təkliflərin hazırlanması və təqdim edilməsindən gedir. Həmin müddət məhz martın 23-də başa çatıb. Amma qeyri iş günü olduğuna görə gözlənilir ki, aprel ayında təkliflər təqdim olunacaq və bundan sonra sosial müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri