Icma.az
close
up
RU
Deputat: “Dindən anlayışı olmayan insanlar Elşad Miri kimi populist yanaşanları dəstəkləyirlər”

Deputat: “Dindən anlayışı olmayan insanlar Elşad Miri kimi populist yanaşanları dəstəkləyirlər”

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə “Baku TV”nin efirində baş tutan debatı müzakirə olunur. Elşad Mirinin hədisləri, İslam dini ilə bağlı bir çox hökmləri inkar etməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. E.Mirinin ətrafına xeyli kütlə toplamasından narahatlıqlarını ifadə edən ilahiyyatçlar, ekspertlər və ictiamiyyət nümayəndələri onun cəmiyyətdə dini yanlış təbliğ etdiyini bildiriblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, İslama bu cür yanaşmalar cəmiyyətdə ciddi ayrı-seçkilik yaradır.

“Cəmiyyətdə populizmə, populist fikirlərə meyl güclü olduğuna görə Elşad Mirinin yanaşmasını dəstəkləyənlər də az olmur. Açıq-aydın görürük ki, bu dəstək özünü bütün sahələrdə qabarıq göstərir. Bu bizi narahat etməlidir, ciddi düşünməliyik. Elşad Mirinin açıqlamaları ilə bağlı həyəcan təbili də əbəs yerə deyil. Verilişdə də açıq-aydın nümunəsini gördük. İslam dini əxlaq, mədəniyyət dinidir və müsəlmanlardan bir-birilərinə hörmətlə davranmağı tələb edir, bunu vacib sayır. Müsəlmanların bu prinsipə əməl etmələri tələb və şərtdir. Təəssüf ki, bu cür açıqlamaların şahidiyik. Belə yanaşma insanları həqiqi dini dəyərlərdən, İslam ənənələrindən, mədəniyyətindən uzaqlaşdırır. Mən də sosial mediada baxanda görûrəm ki, dindən anlayışı olmayan insanlar Elşad Miri kimi populist yanaşanları açıq-aydın dəstəkləyirlər. Heç də yaxşı hal deyil. Bu, cəmiyyətdə ciddi qarşıdurmalara aparacaq məsələdir. İslam dininin mənbələri nədir, dinimiz nəyə əsaslanır, hansı prinsipləri var? Bütün bunlar dini kitablarımızda göstərilib. Bu gün kiminsə çıxıb “hədislər yoxdur, hədislər qəbul edilmir” deməsi yeni bir dinin əsasını qoymağa bənzəyir. Verilişdə də dedim, namaz, oruc və digər ibadətlərin bir çox hökmləri, ehkamları “Qurani-Kərim”də əksini tapıb. Bu gün bunun əksini demək yanlışdır, problem yaradan məsələdir. Hər kəs açıqlamalarında diqqətli olmalıdır. İslam mənbələri təkcə “Qurani-Kərim”də deyil, hədislərdə də var. Bu gün Elşad Mirinin sərgilədiyi mövqe sırf ona xas mövqe deyil. Hazırda Türkiyə və dünyanın ayrı-ayrı yerlərində bu cür düşüncədə, yanlış fikirdə olan insanlar mövcuddur. Cəmiyyət özü də yanaşmalarında, reaksiyalarında diqqətli olmalıdır. Mövqelər sağlam olmadığı təqdirdə problemləri həmişə görəcəyik. Hər kəsin sağlam mövqe ortaya qoyması önəmlidir. Dinə bu formada yenilik gətirmək, bu cür yanaşma ortaya qoymaq isə qarşıdurmanı ümumən artırır, cəmiyyətdə problem yaradır”, - deputat qeyd edib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see238

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see171

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see145

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see138

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see133

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see133

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see131

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see124

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see120

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see119

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see119

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see115

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see115

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri