Icma.az
close
up
RU
Bakıda Türk Dövlətləri Onkoloqlarının I Konqresi

Bakıda Türk Dövlətləri Onkoloqlarının I Konqresi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 13-də Bakıda Türk Dövlətləri I Onkoloqlarının I Konqresi işə başlayıb.

Tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türk Dövlətləri Onkoloqlarının I Konqresini açıq elan edib. O bildirib ki, konqresdə dünyanın 10 ölkəsini, yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər.

Cəmil Əliyev qeyd edib ki, bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir: “Türk Dövlətləri Onkoloqlarının Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Əminəm ki, konqresin nəticələri bizi onkologiya sahəsində əməkdaşlığa bir addım da yaxınlaşdıracaq”.

Prezidentin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Konqresdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Nazir qeyd edib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən, hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir.

Türk Dövlətləri Onkoloqlarının Konqresinin yüksək səviyyədə təşkilinin onkologiya sahəsində əməkdaşlığa verilən əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana göstərdiyi birgə səylərə və dəstəyə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir.

Bu gün Türk dünyasının son dərəcə vacib olan tarixi hadisəyə şahidlik etdiyini vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov fikirlərinə belə davam edib: "Türk birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması ulu öndər Heydər Əliyevin ən ümdə arzularından biri olub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Yerbol Bekmuxambetov, Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jandos Burkitbayev, Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzinin direktoru Nurbek Bukuyev, Avrasiya Onkologiya Cəmiyyətinin sədri Hilmi Kodaz, Özbəkistan Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinin direktoru Mirzaqolib Tillaşayxov, Türkmənistan Elmi-Klinik Onkologiya Mərkəzinin direktoru Mive Berdımuradova və Tacikistan Respublika Onkologiya Elmi Mərkəzinin nümayəndəsi Jumaboy Sanginov çıxış edərək onkologiyanın dünyada qlobal problemə çevrildiyini bildiriblər. Eyni zamanda, son 10-15 ildə tibdə sürətli inkişafın baş verdiyini qeyd ediblər.

Konqres panel iclaslarla davam edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see280

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see275

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see193

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see161

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see160

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see158

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see143

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see143

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see140

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see134

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see131

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see129

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see128

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see126

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see119

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri