Icma.az
close
up
RU
Hibrid və elektrik avtomobillərinə tətbiq edilən güzəştlər ləğv olunsa nələr dəyişəcək? İQTİSADÇI AÇIQLADI

Hibrid və elektrik avtomobillərinə tətbiq edilən güzəştlər ləğv olunsa nələr dəyişəcək? İQTİSADÇI AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda elektrik və hibrid avtomobillərinin idxalına tətbiq olunan güzəştlərin müddəti 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Hələlik bu müddətin uzadılıb-uzadılmayacağı məlum deyil. Ekspertlər hesab edirlər ki, elektrikli avtomobillərin inkişafı davam edəcək, amma sual yaranır - güzəştlər bitdikdən sonra bazarda nələr dəyişəcək? Hibrid və elektrik avtomobillərinə tətbiq edilən güzəştlər ləğv olunarsa, bu, onların satış qiymətinə necə təsir edəcək? İkinci əl avtomobillər kəskin bahalaşacaqmı?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, 2026-cı ilin yanvar ayında sözügedən qərara hər hansı əlavə və ya dəyişiklik edilməzsə, o cümlədən güzəştlər tətbiq olunmazsa, avtomobil bazarında təqribən 40%-ə qədər bahalaşma müşahidə oluna bilər: "Bu, həm yerli bazarda, həm də idxal prosesində ciddi təsirlərə səbəb olacaq. Bahalaşma yalnız avtomobillərin qiymətlərinə deyil, eyni zamanda onların saxlanma və texniki xidmət xərclərinə də təsir göstərə bilər ki, bu da əhalinin avtomobil alışı ilə bağlı qərarlarını dəyişməyə vadar edəcək.

Hazırda əhalinin hibrid avtomobillərə olan marağı durmadan artır. Bu marağın artmasının bir neçə əsas səbəbi var. İlk növbədə, yanacaq xərclərinin azalması hibrid avtomobillərin əsas üstünlüklərindən biridir. Ətraf mühitə daha az zərər vurmaları və yanacaq səmərəliliyinin yüksək olması insanları bu avtomobillərə üstünlük verməyə sövq edir. Digər mühüm səbəb isə dövlət tərəfindən bu tip avtomobillərə tətbiq edilən vergi və rüsum güzəştləridir. Bu güzəştlər həm idxal zamanı, həm də ilkin qeydiyyat mərhələsində hibrid avtomobilləri digər modellərlə müqayisədə daha sərfəli edir.

Hibrid avtomobillərin ölkəyə idxalına və satışına başlanıldıqdan sonra ikinci əl avtomobil bazarında da müəyyən dinamika müşahidə olunub. Belə ki, daha çox insanın yeni hibrid avtomobillərə yönəlməsi, ikinci əl avtomobillərin qiymətlərində nisbətən azalmaya səbəb olub. Bu isə bazarda rəqabəti artırıb və alıcılar üçün daha geniş seçim imkanı yaradıb.

Düşünürəm ki, hazırkı qərar avtomobil bazarında müəyyən dəyişikliklərə səbəb olacaq və bir çox insanı alternativ variantlara, o cümlədən elektrik və digər çevrə dostu nəqliyyat vasitələrinə yönəldəcək. Bununla belə, hesab edirəm ki, məsələnin sosial-iqtisadi tərəfləri nəzərə alınaraq, yaxın zamanda aidiyyəti qurumlar tərəfindən mövcud güzəştlərə yenidən baxılması gündəmə gələ bilər. Bu da həm bazarın stabilliyini qorumaq, həm də vətəndaşların avtomobil əldə etmə imkanlarını məhdudlaşdırmamaq baxımından vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri