Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Deputat: “Əli Kərimli dəfələrlə Ramiz Mehdiyevi müdafiə edib”

Deputat: “Əli Kərimli dəfələrlə Ramiz Mehdiyevi müdafiə edib”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Azərbaycanın ictimai-siyasi tarixində nadir hallardan biri dövlətin ali maraqlarına qarşı yönəlmiş gizli planların ifşasıdır. Dövlət Təhlükəsizlik Xidməti uzun müddət apardığı araşdırmalar nəticəsində Ramiz Mehdiyevin dövlət çevrilişi cəhdini ifşa etmiş, məsələ ictimailəşdirildikdən sonra digər əsas fiqurların müəyyənləşdirilməsi və saxlanılması istiqamətində addımların atılması qaçılmaz olmuşdur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, xüsusilə diqqət mərkəzində AXCP və “Milli Şura” kimi ictimai-siyasi təşkilatlar idi:
“Məlumdur ki, AXCP sədri Əli Kərimli və “Milli Şura”nın üzvü Gültəkin Hacıbəyli uzun müddətdir Ramiz Mehdiyevlə latent münasibətlərdə olmuş, onun tapşırıqlarını yerinə yetirmiş və siyasi alətdəki rolunu oynayaraq təşkilatlarını hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmişdir. 
Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və “Milli Şura” hər üç aydan bir mitinq və aksiyalar təşkil edirdi. Lakin 2019-cu ildə onun vəzifədən azad edilməsindən sonra həmin təşkilatlar bir dəfə də olsun mitinq və ya aksiya keçirmədilər. Bu açıq şəkildə göstərir ki, onların fəaliyyətini yalnız Ramiz Mehdiyevin təsiri və təlimatları istiqamətləndirirdi. 
Eyni zamanda, AXCP sədri Əli Kərimli heç vaxt çıxışlarında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Əksinə, Əli Kərimli dəfələrlə Ramiz Mehdiyevi müdafiə edən çıxışlar edib.  Buradan  belə bir sual da ortaya çıxır, 2005-ci ildən sonra rəsmi heç bir yerdə çalışmayan Əli Kərimli hansı vəsait hesabına yaşayır? 
Maşına yanacağı, mühafizəçi və sürücünün əmək haqqı, kommunal xərcləri necə qarşılanır? Bütün bunlar bir tərəfə, onun övladları Böyük Britaniyada ən bahalı universitetlərdə təhsil alıblar. Bu açıq şəkildə göstərir ki, bütün bu siyasi manevrlər və maddi imkanlar Ramiz Mehdiyevin təşkil etdiyi və rəhbərlik etdiyi ssenarinin bir hissəsi olub. Ramiz Mehdiyev və onun tərəfdaşlarının dövlət hakimiyyətini zorakı yollarla ələ keçirmək cəhdləri ifşa edildikdən sonra onların uğursuzluğu qaçılmaz olmuşdur”. 
Deputat deyib ki, uzun illər Ramiz Mehdiyev və Əli Kərimli eyni maska altında pərdələnərək, sanki fərqli siyasi mövqedə dayandıqları təəssüratını yaratmışlar:
“Lakin gerçək belədir: onların niyyəti bir- hakimiyyəti ələ keçirmək və dövlətçiliyi sarsıtmaq olub. Ən dəhşətlisi isə budur ki, Azərbaycanın dağıdıcı müxalifətini idarə edən bir çox qrup və siyasi təşkilatlar birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərmiş və bütün bunlar Ramiz Mehdiyevin xəyanətkar göstərişləri ilə həyata keçirilmişdir. 
Son 15 ildə Rusiyada yaradılan «Milyarderlər İttifaqı», eləcə də ölkə daxilində fəaliyyət göstərən «İctimai Palata», «Ziyalılar Forumu» və «Milli Şura» kimi bədnam layihələr yalnız təsadüfi təşəbbüslər deyildi. Bu qurumlar həmin dövrlərdə Azərbaycanda siyasi gərginliyi artırmağa xidmət edir, ölkəmizin daxili stabilliyini pozur və strateji maraqlarımıza qarşı yönəlmiş fəaliyyət göstərirdilər. 
Xüsusilə diqqət çəkən məqam isə budur ki, bu layihələr Azərbaycan-Türkiyə dostluğunu gücləndirmək əvəzinə, Ermənistanı davamlı olaraq dəstəkləyən Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edirdi. Beləliklə, ölkəmizə qarşı yönəlmiş bu xəyanətkar siyasət yalnız daxildə deyil, xarici təsir altında da planlı şəkildə həyata keçirilirdi. R.Mehdiyev əlindəki inzibati rıçaqlardan istifadə edərək cəmiyyətdə etimadsızlıq toxumları səpmiş, siyasi çaşqınlıq və ictimai gərginlik yaratmağa çalışmışdır. 
Ə.Kərimli isə eyni maska altında, reallıqdan tamamilə uzaq iddialarla çıxış edərək respublikamızın siyasi-ictimai sabitliyini pozmağa cəhd göstərmişdir. Cəmil Həsənlinin rəhbərliyi ilə fəaliyyət göstərən “Milli Şura” adlı bədnam qurum bu xəyanətkar planın əsas səhnələrindən biri olmuşdur. Bu qurumun Rusiyadan maliyyə dəstəyi alması, antimilli və xəyanətkar əməllərin xarici ölkələr tərəfindən yönləndirildiyini bir daha təsdiq edir”.
K.Bayramov bildirib ki, son aylarda Ramiz Mehdiyev-Əli Kərimli tandeminin yenidən aktivləşməsi heç də təsadüfi deyil:
“Onlar hesab edirdilər ki, regional güclər arasında yaranan yeni balansdan, xüsusilə Rusiya-Ukrayna müharibəsinin postkonflikt mərhələsinə keçidindən istifadə edərək, Moskvanın bölgədə təsir dairələrini gücləndirmək cəhdlərini ölkəmizə qarşı yönəldə biləcəklər. 
Məqsədləri Rusiya ilə Azərbaycan arasında yaranan gərginlikdən faydalanaraq, şimal qonşumuzun dəstəyi ilə ölkədə dövlət çevrilişi həyata keçirmək idi.  Bütün bu faktlar bir daha sübut edir ki, fərqli maskalar altında özünü təqdim etməyə çalışan bu şəxslərin əsl məqsədi dövlətə qarşı yönəlmiş bədnam bir plan idi. 
Yüzlərlə belə fakt, minlərlə gizli addım, saysız-hesabsız cəhdlər - bütün bunlar onların niyyətlərinin nə qədər geniş və məqsədyönlü olduğunu göstərir. Lakin hər dəfə Azərbaycan xalqının iradəsi, xalq-hakimiyyət birliyi onların bütün niyyətlərini alt-üst etmiş, onların planları, hətta ən gizli və ən hiyləgər səyləri belə, nəticəsiz qalmışdır. Tarix bir daha sübut edir ki, bu torpaqda heç bir xəyanət cəhdi uğur qazana bilməyib və gələcəkdə də qazanmayacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri