Icma.az
close
up
RU
Deputat Əliağa Hüseynov prezidentin işdən çıxardığı generalı müdafiə etdi

Deputat Əliağa Hüseynov prezidentin işdən çıxardığı generalı müdafiə etdi

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, ləğv olunmuş keçmiş Respublika Hərbi komissarı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov ölkə başçısı tərəfindən Novruzəli Orucovun Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavininin vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Ə.Hüseynov "Ölkə.Az”-a açıqlamasında deyib ki, Novruzəli Orucov onun hərbi komissar olduğu dövrdə general rütbəsi almayıb:

"Gedin araşdırın görün, Novruzəli Orucov general rütbəsini nə vaxt alıb? O, bu rütbəni mən Respublika Hərbi Komissarı vəzifəsindən gedəndən sonra alıb. 

Digər tərəfdən isə nə olsun ki, Novruzəli Orucov nə vaxtsa mənim işçim olub? Hər kəsin yaxşı və pis işçisi olur. Mən bütün işçilərimə dəstək olmuşam. Yaxşı kadrlara dəstək olarlar da! Novruzəli Orucov da vaxtilə yaxşı olub, general rütbəsi verilib, indi pis işləyib, işdən çıxarılıb. Bunu başqa adamların adına yozmaq doğru deyil”. 

Deputat qeyd edib ki, hər bir vəzifəli şəxs öz əməlinə görə məsuliyyət daşıyır:

"Cənab Prezident hər kəsə öz hərəkətlərinə və xidmətlərinə görə qiymət verir. Novruzəli Orucov da vaxtilə yaxşı işlədiyi üçün general olub, indi pis işlədiyinə görə də vəzifədən azad olunub. İndi Novruzəli Orucov nə səhvə yol verib, özü bilər və məsuliyyəti də özünündür”. 

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edib.  

BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 May 2025 05:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri