Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rusiyalı modellə evlənir
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Supermodellər Cici və Bella Hadidin atası, 78 yaşlı fələstin əsilli amerikalı daşınmaz əmlak maqnatı Mohammed Hadid üçüncü dəfə evlənir.
Axşam.az xəbər verir ki, o, 43 yaşlı rus əsilli model və teleaparıcı Keni Silva ilə nikah masasına əyləşəcək.
Cütlük nişanlandıqlarını Dubayda keçirilən “Vogue Arabia Ball 2026: Art Edition” tədbirində elan edib. Gecədə qırmızı xalçaya çıxan Keni barmağında iri brilyant qaşlı nişan üzüyü ilə diqqət çəkib.
Model “Vogue Arabia”ya müsahibəsində nişan xəbərlərini məhz bu tədbirdə açıqlamağı seçdiyini bildirib.
Keni Silvanın sözlərinə görə, Mohammed Hadid ona Beverli-Hillzdə məşhur restoranda evlilik təklifi edib. Təklif model üçün tamamilə gözlənilməz olub. Hadid ona gözəl geyinməsini deyərək birlikdə hansısa hadisəni qeyd edəcəklərini bildirib. Keni isə bunun öz peşəkar uğurları ilə bağlı olduğunu düşünüb.
Mohammed Hadid isə Keniyə ilk baxışdan aşiq olduğunu etiraf edib.
Qeyd edək ki, Mohammed Hadidin 6 övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















