Icma.az
close
up
RU
Deputat: “Ermənistan sülh niyyətini sübut etsə, qarşılıqlı səfərlər regionda yeni dövrün təməli olacaq”

Deputat: “Ermənistan sülh niyyətini sübut etsə, qarşılıqlı səfərlər regionda yeni dövrün təməli olacaq”

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri maksimum yaxınlaşdırmağa çalışır. Ötən münasibətlərin səhifəsini bağlayıb, yeni bir səhifə açmaq istəyir. Əgər bu, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğun əsasını qoymaq məqsədi daşıyırsa alqışlanandır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dünyada əbədi düşmənlər yoxdur, əbədi münaqişə vəziyyətində yaşayan cəmiyyətlər yoxdur. 
“Azərbaycan bu gün ərazi bütövlüyünü təmin edib, sərhədlərinə çıxıb. Türkiyə isə həmişə Azərbaycanın yanında olub. Hazırda Ermənistanla münasibətlərin normallaşmasından sonra Azərbaycan bu münasibətləri qurmağa hazır olduğunu bildirib. Avropa Siyasi Birliyi Sammiti gələn ilin yayında keçiriləcək. Həmin vaxta qədər Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanın ərazisinə olan iddialardan imtina edərsə və sülh müqaviləsi imzalanarsa, bu, böyük bir irəliləyiş olar. Azərbaycan artıq sülh müqaviləsini paraflayıb, gözlədiyi isə Ermənistanın hüquqi əsasları yəni hüquqi normativ sənədlərini dəyişməsidir”.
Millət vəkili qeyd edib ki, bundan sonra qarşılıqlı səfərlər də ola bilər:
“Həm Azərbaycan rəsmilərinin İrəvana, həm də Ermənistan rəsmilərinin Azərbaycana səfərləri baş tuta bilər. Bir müddət əvvəl Ermənistanın Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdə olmuşdu. Bu onu göstərir ki, Ermənistan cəmiyyətində az da olsa sağlam düşüncə formalaşmağa başlayır. Azərbaycan isə həmişə Ermənistanla beynəlxalq hüquq və mehriban qonşuluq prinsipləri əsasında münasibət qurmağı təklif edib. Azərbaycan öz tərəfindən buna hazırdır. Ermənistan tərəfinin səmimiyyəti və praktiki addımlarına əsasən, Azərbaycan da uyğun addımlar atacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri