Deputat: Fermerlər yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığı artıra bilərlər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
Regionlarda dayanıqlı məhsul istehsalı üçün həyata keçirilən islahatlar və qəbul edilən qanunlar nailiyətin əldə olunmasına imkan yaradıb. Təsadüfi deyil ki, cari ilin 10 ayı ərzində ölkəmizdə 12 milyard 529,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə üçün yeni qanunlarla yanaşı, mövcud qanunlara əlavə və dəyişikliklər də edilib.
“Bu dəyişikliklər əsasən kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Müasir dövrdə fermerlər yeni texnologiyanın tətbiqi ilə məhsuldarlığı artıra bilərlər. Bu sahədə Azərbaycanda tədbirlər həyata keçirilir. Bu il 8 rayonda 14 toxum sərgi-satış yarmarkası keçirilib. Bu tədbirlərdə fermerlər dayanıqlı toxun sortları ilə təmin olunub. Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfədən çox artıb ki, bu da onun ixrac imkanlarını genişləndirib”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















