Icma.az
close
up
RU
Deputat: “Gələn il Cənubi Qafqazda sülhün rəsmi şəkildə təsdiqlənəcəyinə ümid edirik”

Deputat: “Gələn il Cənubi Qafqazda sülhün rəsmi şəkildə təsdiqlənəcəyinə ümid edirik”

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb. 17 maddədən ibarət olan bu sənədin artıq xarici işlər nazirləri səviyyəsində paraflanması onu göstərir ki, tərəflər mətn üzərində razılığa gəlib və artıq dəyişikliklərə ehtiyac qalmayıb. Bu, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün qurulması yolunda çox mühüm addımdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
O deyib ki, hazırda əsas hədəf 2026-cı ilə qədər bu müqavilənin tam imzalanması və praktiki tətbiqinə başlanmasıdır:
“Sülh üçün təkcə siyasi sənəd kifayət deyil  etimad mühiti də formalaşmalıdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin son Astana səfəri zamanı verdiyi bəyanatlar əhəmiyyətlidir. 
Prezident bildirdi ki, Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazisindən tranzit daşımalarına məhdudiyyət qoyulmuşdu, lakin yeni reallıqlar fonunda Azərbaycan bu məhdudiyyətləri aradan qaldırmağa hazırdır. Bu, sülhə töhfə verən çox mühüm jestdir. Hazırda Qazaxıstan buğdasının Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılması planı artıq gerçəkləşib. 
Ermənistanın Baş naziri Nikol Paşinyan da 5-ci İpək Yolu Forumunda çıxışı zamanı bu jestə görə Azərbaycan Prezidentinə təşəkkür edib və bildirib ki, Ermənistan da öz ərazisindən Türkiyədən Azərbaycana, eləcə də Naxçıvan üzərindən Türkiyəyə daşımalar üçün hər hansı məhdudiyyət tətbiq etməyəcək. Bu cür addımlar yalnız hökumətlər səviyyəsində deyil, vətəndaş cəmiyyəti arasında da dialoqun dərinləşməsinə səbəb olub. 
Yaxın günlərdə İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əsas mövzu məhz sülh gündəliyinin irəlilədilməsi olub.Bütün bu faktlar onu deməyə əsas verir ki, tərəflər arasında qarşılıqlı etimad qurulur və bu da sülh müqaviləsinin imzalanacağına dair ümidləri artırır”. 
Deputat qeyd edib ki, hazırda bəzi sərhədlərin bağlı qalması suallar doğurur:
“Xüsusilə də İranla Azərbaycan arasındakı bəzi keçid məntəqələrinin bağlanması ilə bağlı məsələlər gündəmdədir. Lakin qeyd olunmalıdır ki, bu qərar sırf təhlükəsizlik səbəbləri ilə qəbul olunub və karantin rejimi ilə də əlaqələndirilir. 
Dövlət başçısı da bu məsələyə toxunaraq bildirib ki, bu məhdudiyyətlər ictimai sağlamlıq və milli təhlükəsizlik baxımından vacibdir. Son İran–İsrail qarşıdurması və onun nəticəsində mümkün qaçqın axınının yaranması təhlükəsi də bu addımın səbəblərindən biridir. 
Belə bir mürəkkəb geosiyasi şəraitdə sərhədlərin bağlı qalması məntiqi və önləyici bir tədbir kimi dəyərləndirilə bilər. Regionda sülh gündəliyi artıq reallaşmaq mərhələsinə qədəm qoyur. Hökumətlər arasında siyasi iradə, iqtisadi əməkdaşlıq və vətəndaş cəmiyyəti səviyyəsində dialoqlar bu prosesi daha da sürətləndirə bilər. 
Əsas odur ki, qarşılıqlı etimad qorunsun və reallıqlara uyğun şəkildə davam etdirilsin. Ümid edirik ki, 2026-cı ildə Cənubi Qafqazda sülh rəsmi şəkildə təsdiqlənəcək və davamlı əməkdaşlıq mərhələsinə keçəcəyik”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri