Icma.az
close
up
RU
Deputat: Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə vurmağa çalışırlar

Deputat: Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə vurmağa çalışırlar

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin müdrik, beynəlxalq hüquq və prinsiplərə əsaslanmış qərarından sonra Azərbaycan İkinci Qarabağ – Vətən Müharibəsi nəticəsində 1990-cı illərin əvvəllərindən qonşu Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etdi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra etməklə, 30 il müddətində davam edən ədalətsizliyə son qoydu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.
O deyib ki, Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT də daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar:
“Lakin bunlarla yanaşı olaraq, bəzi qüvvələr Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladılar. Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür. Bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə vurmağa çalışırlar. 
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə isə bu qərəzli fəaliyyətin bariz nümunəsidir. Baş verənlərin əksinə, Azərbaycan davamlı sülhün əldə olunması üçün çoxvektorlu fəaliyyət həyata keçirir, mövcud ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək əməkdaşlığa hazır olduğunu bildirir, xalqların rifahı üçün Cənubi Qafqazda lazımi şəraitin yaradılması ilə bağlı bütün maraqlı tərəflərə çağırış edir. Bu gün gördüyümüz ondan ibarətdir ki, artıq bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir, beynəlxalq təşkilatlar da ölkəmizin sülh çağırışlarını yüksək qiymətləndirirlər”.
O deyib ki, üçtərəfli Vaşinqton Bəyannaməsi nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin müddəalarının paraflanması Cənubi Qafqazda uzun illərdir davam edən münaqişə mərhələsinin faktiki olaraq başa çatdığını təsdiqləyən mühüm siyasi hadisə kimi tarixə düşdü:
“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan bu razılaşma regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni siyasi-hüquqi çərçivə formalaşdırdı. Məhz bu kontekstdə Azərbaycan Respublikasının sülhə yönəlik ardıcıl və konstruktiv mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxır. Müharibədə qalib gələn Azərbaycan eyni zamanda sülhü də diktə edən tərəf kimi çıxış edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və gələcəyə hesablanmış xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan münaqişədən sonrakı dövrdə revanşizmə deyil, regional inteqrasiyaya, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığa üstünlük verdiyini real addımlarla nümayiş etdirir. 
Vaşinqton Bəyannaməsindən sonra paraflanmış sülh sənədi bölgədə yeni logistik imkanların genişlənməsinə də zəmin yaradır. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qlobal ticarət zəncirinin mühüm həlqəsinə çevrilməkdədir. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də Avrasiya məkanında etibarlı logistika və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə region ölkələri ilə yanaşı, Avropa və Asiya bazarları üçün də strateji əhəmiyyət daşıyır”.
O bildirib ki, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu danılmazdır:
“Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji xəritəsini diversifikasiya etmiş, bir sıra ölkələrin enerji asılılığını azaltmışdır. Azərbaycan bu sahədə etibarlı tərəfdaş olduğunu illərdir sübut edir. Buna baxmayaraq, Avropa Parlamentinin mütəmadi olaraq ölkəmizə qarşı qərəzli və birtərəfli qətnamələr qəbul etməsi ciddi suallar doğurur. Bu yanaşma Avropanın real maraqları ilə ziddiyyət təşkil etməklə yanaşı, siyasi riyakarlığın bariz nümunəsidir. 
Dünya siyasi arxitekturası hazırda yeni çağırışlar əsasında yenidən formalaşır. Qlobal güc balansında dəyişikliklər və regional aktorların artan rolu köhnə siyasi mexanizmlərin iflasa uğradığını göstərir. Bu şəraitdə bir qrup köhnə sistem əlaltılarının, geosiyasi təsir imkanlarını itirmiş qüvvələrin regionumuzda sülh prosesinə kölgə salmaq cəhdləri təəccüb doğurmur. Avropa Parlamentinin son qətnaməsi də məhz bu çevrələrin “işinin” növbəti təzahürüdür. 
Yalan məlumatlar və saxta iddialar üzərində qurulan bu tip sənədlərin qəbulu Cənubi Qafqazda sülh prosesinə açıq zərbə olmaqla yanaşı, eyni zamanda Azərbaycan–Aİ münasibətlərinə kölgə salır. Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə cavab olaraq qəbul etdiyi bəyanat da ölkəmizin prinsipial mövqeyinin ifadəsidir. 
Azərbaycan heç bir qərəzli siyasi sənədin təsiri altına düşməyəcək, regionda sülhün əsas təşəbbüskarı və təminatçısı olaraq mövqeyini qoruyacaqdır. Azərbaycan öz yolunu dəqiq müəyyənləşdirib və bu yol sülh, davamlı inkişaf, beynəlxalq əməkdaşlıq yoludur. Cənubi Qafqaz artıq qarşıdurma deyil, əməkdaşlıq məkanı olmağa doğru irəliləyir. Bu prosesin mərkəzində isə güclü dövlət, etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq aktor kimi Azərbaycan dayanır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri