Icma.az
close
up
RU
Deputat hava limanına taksi qadağasını tənqid etdi “Vətəndaşlarımızın seçim azadlığı əlindən alınmamalıdır”

Deputat hava limanına taksi qadağasını tənqid etdi “Vətəndaşlarımızın seçim azadlığı əlindən alınmamalıdır”

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksi sifarişinin qadağan olunması barədə qərar səfər xərclərini artırır və sərnişinlərin seçim etmək hüququnu məhdudlaşdırır.
Onsuz da son dövrdə taksi xidmətlərində edilən dəyişiklik taksilərin keyfiyyətinin xeyli artmasına gətirib çıxarıb. Hazırda xidmət göstərən taksilər yeni və müasir avtomobillərdir. Həqiqətən də bu dəyişiliklər keyfiyyətlə bağlıdırsa, taksi xidməti göstərən şirkətlərə bununla əlaqədar qaydalar tətbiq etmək, ən keyfiyyətli maşın və sürücülərə aeroportda xidmət göstərmək icazəsi vermək olar. Onsuz da taksi xidməti göstərən şirkətlərin tətbiqlərində sürücü və avtomobil barədə məlumatlar olur. Hətta ora xarici dil bilməsinə dair də məlumat əlavə etmək olar. Sərnişin hava limanından mehmanxanaya gedir. Marşurutu da tətbiqdən sifariş verir. Heç çox zaman sürücü ilə ünsiyyətə də ehtiyac qalmır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bu dəyişilik sırf xarici ölkə vətəndaşları üçün edilibsə, o zaman yerli sərnişinləri mütləq nəzərə almaq lazımdır: “Digər taksi tətbiqlərində Azərbaycan vətəndaşlarına bu xidmət aktiv olmalıdır. Texniki cəhətdən bunu etmək olar. Azərbaycan vətəndaşı olan sərnişinlərin hüquqları məhdudlaşdırılmamalıdır. Yayda Lənkəranda Qazaxıstan vətəndaşı olan turist mənə şikayət etdi ki, Bakı hava limanından Lənkərana onu 200 manata gətiriblər. Hoteldə öyrənib ki, əksinə, qiymət 100 manatdır. Araşdırdıq, məlum oldu ki, məhz aeroportda fəaliyyət göstərən taksilər tərəfindən bu xidmət göstərilib. Bu baxımdan aeroportda Bakıdan digər şəhər və rayonlara taksi xidmətləri zamanı maksimum məbləğ cədvəl şəklində qeyd edilməlidir. Yerli və xarici sərnişinlər bu cədvəli görməli və onları aldatmağın qarşısı alınmalıdır. Ümid edirəm ki, bu edilmiş dəyişikliklərdə optimal variant tapılacaq. Təklif etdiyim məsələlər nəzəzərə alınsa, problem qismində olsa, öz həllini tapa bilər”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri