Icma.az
close
up
RU
Deputat: Hindistanın mal idxalına qadağa qoyması Azərbaycan üçün elə də böyük itki deyil

Deputat: Hindistanın mal idxalına qadağa qoyması Azərbaycan üçün elə də böyük itki deyil

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

“Hindistanın mal idxalına qadağa qoyması Azərbaycan üçün elə də böyük itki deyil, çünki ölkəmiz dünyanın bir çox dövlətləri ilə ticarət əlaqələri həyata keçirir. Azərbaycan bu gün dünya iqtisadiyyatında önəmli rol oynayan Orta Dəhliz üzərində mühüm nəqliyyat loqistikası imkanlarına malikdir. İqtisadiyyatımızın, ticarət əlaqələrimizin şaxələndirilməsi istiqamətində böyük işlər həyata keçiririk”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbyacan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov deyib.

Deputat xatırladıb ki, bu yaxınlarda Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində Çinlə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı bəyanat qəbul olunub: “Vyetnamın rəhbəri də Azərbaycanda oldu, Vyetnamla da sıx əlaqələrimiz qurulmaqda davam edir. Cənub-Şərqlə əlaqələrimiz getdikcə daha da böyüyür. Eləcə də Avropa istiqamətində enerji sahəsində və s. böyük iqtisadi əlaqələrimiz mövcuddur. Bu mənada, Hindistanın məhdudiyyəti Azərbaycan iqtisadiyyatına xələl gətirəcək səviyyədə deyil. Əksinə, məlumdur ki, Azərbaycan bu gün dünya iqtisadiyyatında önəmli rol oynayan enerji resurslarına - bərpa olunan enerji, eləcə də qazıntı enerjisinə malikdir. Yəni bu gün Hindistanın Azərbaycana ehtiyacı daha çoxdur və Azərbaycandan idxal edəcəyi məhsullar kifayət qədərdir. Bu da məlumdur ki, Pakistan Azərbaycana dost dövlətdir. Azərbaycanı daim bütün beynəlxalq təşkilatlarda dəstəkləyir. Ən birinci növbədə, Pakistanın bizə olan dost münasibətinin ən bariz nümunəsi ərazi bütövlüyümüzü və suverenliyimizi daim dəstəkləməsidir. Pakistanda baş verən proseslər bizim də diqqət mərkəzimizdədir. İstəyirik ki, bizə dost və qardaş olan dövlətin, xalqın problemləri yaranmasın. Lakin reallıq bundan ibarətdir ki, hazırda Hindistan və Pakistan arasında gərginlik mövcuddur. İnanıram ki, bu gərginlik sülh yolu ilə aradan qaldırılacaq”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see190

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see155

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see150

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see149

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see144

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see143

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see141

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see140

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see138

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see136

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see134

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see132

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see131

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see127

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see126

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see122

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see121

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri