Deputat ixtisarlardan danışdı: Ən savadlılar işdən çıxarılırlar
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Regionlarda kadr islahatları gedir, müəyyən yerlərdə ixtisarlar aparılır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasındakı çıxışı zamanı deyib.
O bildirib ki, şişirdilmiş rəqəmlər var, ayrı-ayrı nazirliklərdə, strukturlarda o ixtisarlar həyata keçirilir:
"O cümlədən də regionlarda o icra hakimiyyətləri və yerli icra nümayəndəliklərində, yerli icra nümayəndəliklərində dörd nəfər işləyir, onun da ikisi ixtisara gedir. Bir kənd qalır iki nəfərin ixtiyarında. Bizim qanunvericiliyin tələblərinə görə, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri, ondan sonra əlil olan şəxslər, himayəsində azyaşlı olan şəxslər, himayəsində xəstə olan şəxslər növbəti mərhələdə düşürlər ixtisara, yəni dərhal düşmürlər, sonra əgər zərurət yaranırsa, onda ixtisara düşə bilərlər".
Komitə sədri əlavə edib ki, həkimlərdən müraciət olunur ki, ən savadlı həkimlər ixtisara düşür:
"Yəni iş təcrübəsi azdır və ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşürlər. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















