Deputat kartlardan pul oğurlanması məsələsindən danışdı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
"Son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılnması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. O bildirib ki, rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub.
"Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləsdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensilarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir".
Anar Kəlbiyev
Baxış sayı:118
Bu xəbər 30 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















