Icma.az
close
up
RU
Deputat: “Kazino oyunlarının təşkil edilməsi günün vacib tələbidir”

Deputat: “Kazino oyunlarının təşkil edilməsi günün vacib tələbidir”

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, turizmin təşviqi, beynəlxalq investisiya mühitinin yaxşılaşdırılması məqsədilə Xəzər dənizinin ölkəmizə məxsus akvatoriyasında süni torpaq sahələrinin yaradılması, həmin ərazilərdə lisenziyalı kazino oyunlarının təşkil edilməsi günün vacib tələbidir.

Bunu deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, süni torpaq sahələrində lisenziyalı kazino oyunlarının təşkili iqtisadi potensial və büdcəyə töhfə baxımından böyük əhəmiyyət kəsb edir: “Kazino sektorunun dövlət nəzarəti altında fəaliyyət göstərməsi dövlət büdcəsinə illik 100 milyonlarla manat məbləğində vergi və lisenziya ödənişləri gətirə bilər. Həmçinin yerli sahibkarlığın və turizm infrastrukturunun inkişafına ciddi multiplikativ təsir etməklə, süni torpaqlar üzərində qurulacaq komplekslər ətrafında otelçilik, iaşə, əyləncə, nəqliyyat, tikinti kimi sahələrdə minlərlə iş yeri yaradılmasına təkan verəcək”.

Deputat qeyd edib ki, süni torpaq sahələrində lisenziyalı kazino oyunlarının təşkili ölkədə qeyri-qanuni yollarla fəaliyyət göstərən kazino və yaxud bu tipli digər oyunların yayılmasının qarşısını almaq məqsədi daşıyır: “Bəzi hallarda qeyri-leqal qumar fəaliyyətləri sosial-hüquqi problemlər yaradır. Lisenziyalaşdırılmış və nəzarət olunan zona şəklində kazino fəaliyyəti bu sahədə leqallaşmanı və şəffaflığı təmin etməklə, sosial zərərlərin idarə olunan səviyyədə saxlanmasına şərait yaratmaqla, dövlət orqanlarının bu sahədə effektiv nəzarət imkanlarını artıracaq”.

Onun sözlərinə görə, kazino biznesinin leqallaşdırılması və tənzimlənməsi beynəlxalq təcrübəyə əsaslanır: “Beynəlxalq təcrübə göstərir ki, kazino sektorunda leqal fəaliyyətin təşkili bir çox dövlətlərə milyardlarla gəlir gətirir. Bir sıra dövlətlər – Çin (Makao), Sinqapur, BƏƏ, Fillippin, Cənubi Koreya, Gürcüstan qapalı və selektiv kazino zonaları yaradaraq turizm və xidmət sektorlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib, xarici valyuta axını ilə iqtisadiyyatlarına müstəqil sabitlik qazandırıblar. Çinin təxminən 700 min əhalisi olan Makao Xüsusi İnzibati Bölgəsinin kazino sektorundan təkcə 2024-cü il üzrə ümumi gəliri 28.3 milyard ABŞ dolları təşkil edib. Bu isə Makaonun ÜDM-nin 40 %-dən çoxunu, büdcə gəlirlərinin 50%-ni təmin edir. Azərbaycan bu təcrübəni milli maraqlara uyğunlaşdırmaqla regionda yeni turizm və biznes mərkəzinə çevrilə və qonşu ölkələrdən olan turist axınını stimullaşdıra bilər”.

“Bu sahədə hüquqi və sosial nəzarət imkanları təklif edən fəaliyyət yalnız aşağıdakı təhlükəsizlik və ictimai nəzarət mexanizmləri ilə icra olunmalıdır. Yalnız xarici vətəndaşlara və turistlərə xidmət göstərən məhdud girişli zona olmalıdır. Qumar aludəçiliyinin qarşısını almaq üçün psixoloji və tibbi filtrlər tətbiq edilməli, şəxsin vizual görünüşü anlaqlı olması təsiri bağışlamalıdır. Lisenziya və nəzarət orqanları daimi kazinoların fəaliyyətinə dair manitorinq aparmalı və bu barədə müvafiq dövlət qurumuna vaxtaşırı hesabat verilməlidir. Nəticə etibarilə, beynəlxalq təcrübə göstərir ki, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət üçün həm fiskal, həm də sosial-iqtisadi baxımdan əhəmiyyətli nəticələr doğura bilər. Kazino fəaliyyətindən əldə edilən gəlirlər sosial sahəyə də öz töhvəsini verəcək. Belə layihələrin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına, işsizliyin azaldılmasına və yeni turizm mərkəzlərinin formalaşmasına zəmin yaratmaqla, ölkəyə turist axınının artırılmasına xidmət edəcək”, – deyə deputat fikrini tamamlayıb.

report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri