Icma.az
close
up
RU
Deputat: “Kim Azərbaycanla bağlı xoş söz desə, linç ediləcək?”

Deputat: “Kim Azərbaycanla bağlı xoş söz desə, linç ediləcək?”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rusiya mediasında tanınmış sima olan Mixail Qusman 3-cü Şuşa Qlobal Media Forumunda iştirakı səbəbindən TASS İnformasiya Agentliyindəki direktor müavini vəzifəsindən azad olunub. 

Eyni səbəblə tanınmış politoloq Sergey Markov da hədəfə alınıb. Halbuki bir jurnalistin beynəlxalq media forumunda iştirakından təbii heç nə yoxdur. Nəzərə alsaq ki, iki ölkə arasında münasibətlər gərgin olsa da, bu, qarşıdurma və ya düşmənçilik səviyyəsində deyil. Belə olan halda jurnalistin cəzalandırılması suallar doğurur. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib ki, Rusiya mediasında Sergey Markov və Mixail Qusmana qarşı aparılan linç kampaniyasının sonunda hər iki şəxsin hədəf alınacağı əvvəlcədən gözlənilən nəticə idi: 

“Bilirəm ki, Sergey Markov və Mixail Qusman işdən çıxarılıb. Bu, məni çox üzdü. Bu prosesə qədər artıq bir neçə gündür ki, Rusiya media məkanında onlara qarşı aparılan linç kampaniyasına şahidlik edirik. Bunun sonunun olacağını gözləyirdim. 

Nəticədə onlar vəzifələrindən azad edildilər. Bu, bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər gərgin olaraq qalır. Amma bu gərginlik düşmənçilik səviyyəsində deyil. Bu vəziyyətin yaranmasının səbəbləri də var. Proses əsasən təyyarə qəzasından sonra başlayıb. Rusiya özünü dünyaya demokratik bir dövlət kimi təqdim edir. 

Amma heç bir demokratik dövlətdə hər hansı bir jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə görə cəzalandırılması doğru deyil. Onlar Azərbaycanda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda iştirak ediblər, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşılaşmasına töhfə verməyə çalışıblar. Bu istiqamətdə əllərindən gələni ediblər və Azərbaycanla bağlı fikirlərini bölüşüblər”. 

Razi Nurullayev qeyd edib ki, Markov və Qusmanın cəzalandırılması Azərbaycana təzyiq vasitəsidir: 

“Hər kəsə məlumdur ki, həm Sergey Markov, həm də Mixail Qusman uzun illərdir Azərbaycana bağlı şəxslərdir. Azərbaycana tez-tez səfər ediblər, Azərbaycanla tarixi və mənəvi bağlılıqları var. Belə olan halda onların cəzalandırılması başadüşüləndir. Bunun Azərbaycana təzyiq vasitəsi olduğu görünür”. 

Deputatın sözlərinə görə, bu addım Rusiyanın öz dəyərlərindən uzaqlaşdığını göstərir: 

“Belə çıxır ki, heç kim doğru danışmamalıdır, jurnalistlər yalnız yuxarıdan gələn tapşırıqları yerinə yetirməlidirlər. Düzdür, bu, bütün dünyada var. Amma bu səviyyədə aşırı tətbiq olunmur. Bu hadisə Rusiyanın öz dəyərlərindən tamamilə uzaqlaşdığını da göstərir. 

Bu hadisə məni çox üzdü. İstəməzdim ki, Rusiya bundan sonra bu cür addımlar atsın. İstərdim ki, hər iki şəxs işinə bərpa olunsun. Elə çıxır ki, bu gün hər hansı bir Rusiya vətəndaşı Azərbaycanla bağlı xoş söz desə, bu ölkəyə müsbət münasibət bəsləsə, onda onlar linç ediləcək. Bu, olduqca üzücü yanaşmadır. Rusiya sanki özünü müharibə qanunlarının ən sərt səviyyəsinə yüksəldib. Mənə elə gəlir ki, bu, çox təhlükəli bir tendensiyadır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Deputat Sergey Markov Mixail Qusman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri