Icma.az
close
up
RU
Deputat: “Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər”

Deputat: “Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib. 

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası tərəfindən hazırlan bəyanatda 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır. 

Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb. 

Milli Məclisin deputatı Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki,  indiyə kimi dəfələrlə açıq müzakirələrdə bu məsələ barədə danışılıb: 

“Həmçinin, mətbuata açıqlamalarımızda da Vaşinqtonda imzalanan bu sənədləri dəstəklədiyimizi bəyan etmişik. Çünki o sənədlər Azərbaycanın milli maraqlarına və mənafeyinə uyğundur. Sözsüz ki, Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanla yanaşı, Ermənistan və digər region dövlətləri üçün çox faydalıdır. 

Ermənistan parlamentinin Vaşinqtonda imzalanan sənədlərə dəstək verməsi müsbət addım kimi qiymətləndirilməlidir. Bu, təcavüzə son qoyulması, sülh müqaviləsinin bağlanması, qonşuluq münasibətlərinin yaxşılaşdırılması və iki dövlətin sülh şəraitində yaxınlaşması deməkdir”. 

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev də dəfələrlə bu barədə danışıb: 

“Prezident İlham Əliyev hər zaman sülhü dəstəkləyir. Sülhə doğru ilk addımı həmişə Azərbaycan atıb. Dövlətimizin başçısı Vaşinqtondan əvvəl də müxtəlif beynəlxalq tribunalardan bəyan edib ki, Ermənistanla qonşuluq və sülh şəraitində yaşamaq istəyirik. Nəticədə, Vaşinqtonda sülh müqaviləsinin mətni paraflandı. 

Bu addımın atılması hər iki dövlətin milli maraqlarına uyğundur. Artıq Ermənistan hakimiyyəti və xalqı dərk edir ki, Azərbaycanla müharibəyə getmək olmaz. Bu, Ermənistan üçün faciə olar. Rəsmi İrəvan artıq beynəlxalq aləmdən təcrid olunmaq istəmir”. 

Deputatın sözlərinə görə, Azərbaycan parlamenti də ilin sonuna qədər anoloji addımı ata bilər: 

“Bunun üçün ilk növbədə sənəd parlamentə gəlməlidir. Bizim Vaşinqton görüşləri ilə bağlı mövqeyimiz bəllidir. Bu məsələni tez zamanda parlamentin gündəliyinə çıxara və təsdiqləyə bilərik. Düşünürəm ki, məsələ ilin sonuna kimi və hətta daha tez öz həllini tapa bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Tahir Rzayev Ermənistan Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri