Deputat: Milli Məclis bir çox ölkənin parlamenti ilə əlaqələr qurur
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“Heydər Əliyevin Milli Məclisə rəhbərlik etdiyi dövrdə parlament ənənələrinin formalaşmasında misilsiz xidmətləri olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, Müsəlman şərqində ilk hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi ilə həm də Azərbaycan tarixində parlamentarinin əsası qoyulub.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara səs vermə hüququ verilib. Bu baxımdan Azərbaycan parlamentinin öz rolu, yeri və ənənələri vardır”.
Ə.Əmiraslanov qeyd edib ki, indiyə qədər 6 dəfə keçirilən azad, ədalətli seçkilər Azərbaycanın inkişafında mühüm rol oynayıb.
“Artıq 30 ilə yaxındlr ki, Milli Məclis öz səlahiyyətlərini uğurla həyata keçirir. Parlamentarizm ənənələrindən biri də parlament diplomatiyasıdır. Milli Məclis bir çox ölkənin parlamenti ilə əlaqələr qurur. İlham Əliyev parlamentarinin inkişafına böyük önəm verir”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















