Icma.az
close
up
RU
Deputat mobil nömrələrlə bağlı karantin təklif etdi

Deputat mobil nömrələrlə bağlı karantin təklif etdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən satışa və ya başqa abonentin istifadəsinə verilməsi ilə bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm. Artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil. Bu gün vətəndaş bank hesabını, sosial şəbəkə hesablarını, elektron poçtunu, müxtəlif tətbiqləri, dövlət və digər elektron xidmətləri mobil nömrəsi ilə əlaqələndirir.

Bir çox hallarda həmin nömrə hesabın bərpası və təsdiqi üçün əsas vasitələrdən birinə çevrilib. İndi təsəvvür edək ki, vətəndaş bir nömrədən müəyyən müddət istifadə edir, sonra müxtəlif səbəblərdən onu aktiv saxlamır. Nömrə müəyyən müddətdən sonra ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var:

“Çıxışımla mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq təklifini irəli sürmürəm. Amma rəqəmsal həyatımız dəyişib və qaydalar da bu reallığa uyğunlaşmalıdır. Düşünürəm ki, istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var.

Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər.

Eyni zamanda, operatorların və bankların, elektron xidmətlərin, sosial platformaların nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunması ilə bağlı qarşılıqlı mexanizmləri gücləndirilməlidir. Ən əsası isə vətəndaş məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər hesablarında əlaqə vasitəsini dəyişməlidir.

Biz rəqəmsallaşmanı sürətləndiririk. Deməli, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik. Telefon nömrəsi artıq sadəcə nömrə deyil - bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması da yalnız kommersiya və texniki məsələ kimi deyil, informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri