Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Deputat problemli kreditlərlə bağlı vacib təklif verdi

Deputat problemli kreditlərlə bağlı vacib təklif verdi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Məhkəmə qərarlarının icrası sahəsində vəziyyəti təhlil edərkən, ilk növbədə nəzərə almalıyıq ki, hakimiyyət orqanlarının öz funksiyalarını həyata keçirməsi dövlətin birbaşa konstitusion vəzifələrinə daxildir və insanların hüquq-azadlıqlarının qorunması ilə birbaşa bağlıdır. İctimai fikri formalaşdıran ən mühüm sahələrdən biri məhz məhkəmə qərarlarının gələcək aqibətidir. Əgər ötən illərdə icrası gerçəkləşməyən 1 milyondan çox işdən danışırıqsa, o zaman məsələ təkcə hakimiyyət orqanının nüfuzu ilə məhdudlaşmır, həmçinin qanuni mexanizmlərlə problemin həlli yolunu tapmayan insanlar alternativ yollara əl atırlar ki, kriminogen duruma, cinayətlərin statistikasına təsir edən hadisələr məhz legitim vasitələrin tükəndiyi anda meydana çıxır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu günkü plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyində həyata keçirilən dəyişikliklər gerçəkdən bütün sahələrdə, o cümlədən məhkəmə qərarlarının icrasının sürətlənməsində özünü göstərir:

“Parlament üzvlərinə daxil olan müraciətlərin mühüm bir hissəsinin məhz məhkəmə sistemi ilə bağlı olması, nazirliyin təşəbbüslərinə dəstək verməyi tələb edir. Hazıda müzakirəsini apardığımız dəyişikliklər təqdirəlayiqdir, çünki mövcud qanunun qəbulundan 25 il keçir, ictimai münasibətlərin mövcud tələblərinə cavab vermir, sui-istifadəyə şərait yaradır. Beləliklə, icra prosedurlarının və mexanizmlərinin təkmilləşdiirlməsi operativliyə və səmərəliliyinin artırılmasına kömək edəcəkdir.

Ona görə də inanırıq ki, yeni “İcra Məcəlləsi”nin qəbulu İcra institutunun fəaliyyətinin hüquqi əsaslarının ən yaxşı təcrübələr ısasında gücləndirilməsinə imkan verəcəkdir.

Lakin icra olunan 100 minlərlə vətəndaşlarımızın qanuni hüquqlarının yerinə yetirlməsinə kömək etsə də problemin dərindən təhlil edilməsi təkcə qanunvericilik sahəsində deyil, eləcə də dövlət-özəl sektor və vətəndaşlar arasında bir sıra təcili tədbirlərə ehtiyacı üzə çıxarır.

Birinci növbədə, icrasını gözləyən və ildən-ilə ötürülən işlərin strukturunun təhlili gələcəkdə nəticə ilə ilə deyil, səbəblərlə mübarizəyə imkan verər. İcra məmurlarının hazırki yükü məhkəmə orqanlarından daha çətindir. Gəlin, birlikdə illər üzrə dinamikaya və müqayisəli qiymətləndirmələrə baxaq”.

Deputat qeyd edir ki, son illər xidmətin icraatına daxil olan sənədlər açıq mənbələrdə məhkəmə sisteminin aktlarının sayından göründüyü kimi, ötən il 400 minə yaxın olub:

Zahid Oruc

“Göründüyü kimi, əvvəlki illərlə müqayisədə göstərici 80 min iş və ya 25 % çoxdur.

İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Kimsə məsələni sosial-iqtisadi durum, mental dəyərlər, istehlakçı davranışları, ictimai dəbin və digər faktorların üzərində axtara bilər. Lakin nəticə dəyişmir – borclunun sabit gəliri, tutuma yönəldilə biləcək əmlakı olmayanda işlərin icrası mümkünsüz olur, borclular barəsində məsuliyyət tədbirlərinin icrasına da yol verilmir. Belə işlərin çəkisinin artması isə icra göstəricilərinə mənfi təsir göstərir.

Ona görə də dövlət orqanları banklarla geniş müzakirələr apara bilər – nə üçün belə yüksək faizlərlə və qaytarılması öncədən mümkünsüz görünən milyonlarla manat vəsaitinin vətəndaşların üzərinə yüklənməsinə gedirlər. Bəlli olduğu kimi, devalvasiya nəticəsində məbləği 1 milyard manatdan yuxarı olan problemli kreditlərin qaytarılması üçün cənab prezident tərəfindən müvafiq tədbirlər görüldü, külli miqdarda vəsaitlər borcların qapadılmasına yönəldildi və indiki 400 milyon manatlıq səviyyəyə endirilməsinə gətirib çıxardı. Lakin iqtisadi-sahibkarlıq mühiti üçün sözügedən rəqəmin özü də ağır problemdir.

Təəssüflər olsun ki, təminatlı kreditlərdə də icra olunmayan işlərin sayı 100 mindən çoxdur. İşlərin kəskin artımı icra məmurlarının iş yükünü kritik həddə çatdırır. Bir icra məmuruna düşən işlərin sayı il ərzində 3000-ə yaxın olur. Lakin rəqəmlərin orta göstəricisi dəqiq mənzərə deyil, çünki ayrı-ayrı icra orqanlarında həllini gözləyən qərarların sayı qat-qat çoxdur.

İcra olunmayan qərarların mühüm bir hissəsini inzibati məsələlər təşkil edir. Əgər dövlət orqanlarının hərəkət və hərəkəsislziyi məhkəmə sistemini, nəticədə icra institutunun yükünü hədsiz artırırsa, onda birinci növbədə, problem kökündə-bazisində həll edilməlidir.
Özəl icra təsisatını qurmaq da dövlətin səlahiyyətlərinin çox asanlıqla digər qurumlara verilməsindən çox onun effektiv olacağına və iqtisadi əsaslandırılmasına ehtiyacı göstərir. Belə ki, Qazaxıstan nümunəsi heç də uğurlu olmayıb.

Lakin İcra institutuna kömək göstərmək üçün bir sıra tədbirləri nazirlik həyata keçirir və onları alqışlayırıq. Əvvəlki illərdə borclunun əmlakının hərraca çıxarılması ilə onun qiymətinin 40 faizdən çox azaldılması nəticəsində tələbkarlar tərəfindən alınması təcrübəsinə son qoyulması üçün yeni modelin tətbiqi və portalın yaradılması müsbət hadisədir.

Hərracların elektron qaydada keçirilməsi əvvəlki tillərdə heç vaxt özünü göstərməyən rəqabətli mühitə səbəb olub, əmlakların daha yuxarı qiymətlərə satılmasına şərait yaradıb. İnanırıq ki, hazırkı dəyişikliklərlə icra institutunun fəaliyyətinə kömək edəcək, məhkəmə qərarlarının icrası sahəsində mühüm dəyişikliklərə yol açacaq, dövlət-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasında önəmli rol oynayacaqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri