Icma.az
close
up
RU
Deputat: “Moskva dost münasibətləri qorumaq istəyirsə, bu cinayətlərin araşdırılmasına başlamalıdır”

Deputat: “Moskva dost münasibətləri qorumaq istəyirsə, bu cinayətlərin araşdırılmasına başlamalıdır”

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan və Rusiya arasında son illərdə inkişaf etdirilən strateji müttəfiqlik münasibətləri, təəssüf ki, son aylarda ciddi şəkildə sarsılmağa başlayıb. Hər iki dövlətin strateji tərəfdaş olaraq qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu ilə irəlilədiyi bir dövrdə, Rusiya tərəfindən Azərbaycan vətəndaşlarına və diaspor nümayəndələrinə qarşı baş verən zorakılıq aktları bu münasibətlərin təməlini ciddi şəkildə zədələyir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, 27 iyun tarixində Yekaterinburqda Azərbaycanlılara qarşı həyata keçirilmiş zorakı əməliyyatlar, nəinki hüquqi çərçivəyə, hətta insani dəyərlərə də zidd idi:
“Rəsmi məhkəmə qərarı olmadan, amansız güc tətbiqi ilə insanların döyülməsi, öldürülməsi və kütləvi həbsləri sadəcə hüquq pozuntusu deyil, həm də açıq şəkildə barbarlıq nümunəsidir. 
Rusiya hüquq-mühafizə orqanlarının bu miqyasda əməliyyatı özbaşına planlaşdırması inandırıcı deyil. Bu, daha yüksək səviyyədə təşkilatlanmış bir qərarın nəticəsi kimi görünür. Kremlin susqunluğu, məsul şəxslərin cəzalandırılmaması isə vəziyyəti daha da gərginləşdirir. 
Azərbaycan uzun müddətdir ki, Rusiya ilə mehriban qonşuluq və qarşılıqlı hörmət siyasəti yürüdür. Lakin son hadisələr göstərir ki, bu səbir və dostluq jestlərinə qarşılıq verilməyib. Əksinə, Azərbaycanın mülki təyyarəsinin vurulması, kibertəhdidlər, deputatın deportasiyası kimi ardıcıl təxribatlar münasibətləri sıfır nöqtəsinə yaxınlaşdırıb”. 
Millət vəkili qeyd edib ki, Rusiyanın bu davranışı beynəlxalq arenada daha da təcrid olunmasına gətirib çıxara bilər:
“Azərbaycanın regionda artan rolu və geosiyasi əhəmiyyəti, Rusiya üçün strateji önəm kəsb etməlidir. Əgər Moskva bu münasibətlərə düzgün qiymət verməzsə, Azərbaycan xarici siyasi kursunu dəyişməyə məcbur ola bilər. Bu da regional güc balansında Rusiya üçün mənfi nəticələr doğura bilər. Azərbaycan ictimaiyyəti və dövləti Rusiya tərəfindən baş verən bu cür zorakılıqlara və təzyiqlərə qarşı susmayacaq. 
Əgər Moskva dost münasibətləri qorumaq istəyirsə, bu cinayətlərin obyektiv araşdırılmasına başlamalı və məsul şəxsləri cəzalandırmalıdır. 
Əks halda, iki dövlət arasında uzun illər qurulan strateji tərəfdaşlıq, yerini qarşılıqlı inamsızlığa və diplomatik böhrana verə bilər”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see238

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see193

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see157

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see145

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see137

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri