Icma.az
close
up
RU
Bundan uduzan Bakı yox, Moskva olacaq Deputat

Bundan uduzan Bakı yox, Moskva olacaq Deputat

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək.

Doğrudanmı Azərbaycanın Rusiyadan iqtisadi asılılığı var? Qarşılıqlı ticarətdə potensial qadağalar hansı ölkəyə daha çox ziyan vura bilər? Hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, 2024-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub:

"Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər".

"Digər tərəfdən, Azərbaycanın Rusiyaya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çoxu Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də rusiyalı deputatın qeyd etdiyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə, bu, ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək", - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəldikdə, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb:

"2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan pulköçürmə asılılığı da yoxdur. Nəzərə almaq lazımdır ki, pulköçürmələrin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstəriciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici üç faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın nə Rusiyadan, nə də hər hansı digər bir ölkədən heç bir asılılığı yoxdur".

"Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə, Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar", - müsahibimiz fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri