Deputat müəllimlərlə görüşdü FOTO
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Milli Məclisin deputatı Səyyad Salahlı İmişli rayonu Kamil Əsədov adına Bəhrəmtəpə qəsəbə ümumi orta ümumtəhsil məktəbinin rəhbər və müəllim heyəti ilə görüş keçirib.
Modern.az-ın məlumatına görə, müəllimləri salamlayan deputat bildirib ki, ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişaf dinamikası təhsil sektorunda da özünü büruzə verir.
Onun sözlərinə görə, prezident İlham Əliyevin böyük diqqəti, məqsədyönlü sərəncamları və göstərişləri əsasında atılmış addımlar, icra edilmiş və edilməkdə olan dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin formalaşmasına, böyük nəticələrin qazanılmasına xidmət edir.
Səyyad Salahlı məktəbdə tədris prosesinin gedişatı, şagirdlərin bilik səviyyəsi və məktəbin göstərdiyi nəticələrlə maraqlanıb. Görüş zamanı müəllimlərdən bir neçəsi çıxış edərək öz təklif və müraciətlərini dilə gətiriblər.
Məktəbin rəhbərliyi və kollektivi onları ziyarət edib qayğıları ilə maraqlandığı üçün deputata minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















