Müəllimlərlə bağlı sözlərimə görə söyüşlər, təhqirlər yazılıb DEPUTAT
Icma.az, Modern.az-ə istinadən məlumat verir Müəllimlərlə bağlı sözlərimə görə söyüşlər, təhqirlər yazılıb DEPUTAT.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun müəllimlərin maaşı ilə bağlı açıqlaması müzakirə mövzusuna çevrilib. O, AzEdu.az-a açıqlamasında bildirib ki, birdən-birə bütün müəllimlərin maaşını qaldırmaq, hamıya yüksək maaş vermək çətin və mürəkkəbdir.
“Ona görə də bu prosesdə tələsmək olmaz. Maaş artımı zamanla düzələcək. Əlbəttə, müəllim də digərlər şəxslər kimi daha çox maaş almaq istəyirlər. Amma buna zaman lazımdır. Mərhələli addımlar atılacaq”, - deputat qeyd edib.
Modern.az-ın məlumatına görə, Ceyhun Məmmədov Bakıda bu gün keçirilən forumda bildirib ki, sözügedən açıqlama ilə bağlı söyüşlər, təhqirlər yazılıb.
“Müəllimlərin maaşı qalxmalıdır. Amma bu, universitetlərdə, məktəblərdə, eləcə də digər təhsil ocaqlarında eyni zamanda baş tuta bilməz. Mənim demək istədiyim odur ki, müəllimlərimiz də fəal olmalıdırlar. Sertifikasiyadan kəsilən, diplomu tanınmayan müəllimlər narazı qalır. Dövlətin həyata keçirdiyi siyasətin təbliğində müəllimlərin üzərinə böyük vəzifə düşür. Müəllim nüfuzunu qoruyaq şagirdlərinə, tələbələrinə nümunə olur. Bu gün müəllimlərimiz öz nüfuzunu qoruya bilir. Ancaq neqativ hadisələrlə də üzləşirik”
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)