Icma.az
close
up
RU
Deputat: Mühüm siyasi və diplomatik sənəd imzalanıb

Deputat: Mühüm siyasi və diplomatik sənəd imzalanıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir.

Bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və mühüm aktor kimi qəbul olunur:

“Bu gün Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətlərdən biridir. Almaniya isə Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi qlobal proseslərə təsir imkanlarına malikdir. Bu baxımdan iki dövlət arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında inkişaf edib.

Yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, parlamentlərarası əlaqələr və humanitar sahədə həyata keçirilən layihələr münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu təməl üzərində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb:

“Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın etibarlı təchizatçı statusunu möhkəmləndirib. Bu gün Avropanın bir sıra ölkələri Azərbaycan qazından istifadə edir və yeni əməkdaşlıq istiqamətləri formalaşır. Almaniya enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı sahəsində geniş təcrübəyə malikdir. Azərbaycan isə zəngin bərpaolunan enerji potensialına sahib ölkə kimi yaşıl enerji strategiyasını uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, günəş və külək enerjisi layihələrinin reallaşdırılması, yaşıl hidrogen istehsalı ilə bağlı perspektivlər iki ölkə arasında əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradır.

Almaniyanın texnoloji imkanları ilə Azərbaycanın təbii resurs potensialının birləşdirilməsi gələcəkdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”.

S.Salmanova qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycanla Almaniya arasındakı münasibətlərin əsas sütunlarından biridir:

“Almaniya Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən investisiya layihələrində də fəal iştirak edir. Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri sənaye, nəqliyyat, logistika, tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında uğurlu layihələr reallaşdırırlar. Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar və biznes fəaliyyətinin təşviqi Almaniya iş adamlarının ölkəmizə marağını artırır. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sənaye və logistika mərkəzidir. Həyata keçirilən iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, sənaye parkları və sənaye zonaları yaradılıb, ixracyönümlü istehsal təşviq edilir.

Almaniyanın qabaqcıl sənaye texnologiyalarının və innovativ idarəetmə təcrübəsinin bu proseslərə cəlb olunması qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər”.

Parlamentari söyləyib ki, ölkələr arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir:

“Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırıb. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm qovşağa çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir logistika infrastrukturu ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması Avropa dövlətlərinin Azərbaycana marağını artıran əsas amillərdəndir. Almaniya iqtisadiyyatının ixracyönümlü xarakteri nəzərə alındıqda, ölkəmizin təqdim etdiyi nəqliyyat və logistika imkanları Almaniya biznes dairələri üçün mühüm əhəmiyyət daşıyır.

Bu sahədə əməkdaşlığın genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edə bilər”.

Prezident İlham Əliyevin Almaniyaya səfərinin siyasi əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır:

“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi, sülh gündəliyinə sadiqliyi və konstruktiv təşəbbüsləri ilə regionda sabitliyin təmin olunmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar beynəlxalq tərəfdaşlarla münasibətlərdə yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya ilə aparılan müzakirələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

S.Salmanova həmçinin deyib ki, humanitar sahədə əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biridir:

“Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Almaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında qurulan əlaqələr, akademik mübadilə proqramları və birgə elmi tədqiqatlar gələcək əməkdaşlığın insan kapitalı bazasını formalaşdırır. Bununla yanaşı, rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və yaşıl iqtisadiyyat kimi istiqamətlər yeni dövrün əsas inkişaf prioritetləri hesab olunur. Almaniya bu sahələrdə dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın həyata keçirdiyi iqtisadi modernləşmə strategiyası isə innovasiyalara və yüksək texnologiyalara əsaslanan inkişaf modelini nəzərdə tutur. Bu amil iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir”.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Almaniya Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır:

“Bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələr üzrə tərəfdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir.

Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan strateji əhəmiyyətli sənədlər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu səfər Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun artmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji sahələrində tərəfdaşlığın genişlənməsi, nəqliyyat-logistika, innovasiya və humanitar istiqamətlərdə əlaqələrin inkişafı iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri