Icma.az
close
up
RU
Deputat Prezidentin ehtiyat fondunun artırılmasını təklif etdi

Deputat Prezidentin ehtiyat fondunun artırılmasını təklif etdi

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün biz olduqca təlatümlü və bir çox risklərlə dolu bir dünyada yaşayırıq. Azərbaycan da bu dünyanın bir parçası olduğuna görə yarana biləcək ən müxtəlif təhdid və təhlükələrdən özünü qorumağa hər an hazır olmalı, böhranlı vəziyyətlərdən minimal itkilərlə çıxışını təmin edə bilməlidir.
Mili.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Novruzəli Aslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Xəbər verildiyi kimi, noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda çıxış edən Novruzəli Aslanov ölkənin qlobal miqyasda baş verə biləcək kataklizmlərdən, o cümlədən son zamanlar tez-tez gündəmə gətirilən nüvə qarşıdurmasından yarana biləcək təhlükələrdən qoruna bilməsi üçün Prezidentin Ehtiyat Fondunun həcminin artırılması təklifini irəli sürüb: "Sözsüz ki, bu gün Azərbaycan dövləti mükəmməl təhlükəsizlik konsepsiyasına malikdir. Dövlət büdcəsindən həm hərbi sahəyə, həm də təhlükəsizlik tədbirlərinin görülməsinə kifayət qədər vəsait ayrılır. Bununla belə hesab edirəm ki, yarana biləcək hər hansı fövqəladə vəziyyətlərdə ən effektiv vasitələrdən biri kimi məhz Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun xətti ilə görülən tədbirlər çıxış edir. Buna görə də təklif edirəm ki, dövlət büdcəsindən Prezidentin Ehtiyat Fondunun formalaşmasına ayrılan vəsaitlərin həcmi artırılsın. Hesab edirəm ki, bu, ölkənin təhlükəsizliyinin təmin olunması baxımından zəruridir."
Daha sonra deputat əhali üçün nəzərdə tutulan təbii qaz sərfiyyatında ayrılmış güzəştli limitin həcminin artırılması təklifini irəli sürüb. Novruzəli Aslanov xüsusilə ölkənin şimal bölgələrində əhalinin böyük əksəriyyətinin təbii qaz sərfiyyatında nəzərdə tutulmuş limitin həcmini çox tez keçdiyini diqqətə çatdırıb. Deputat güzəştli limitin müəyyənləşdirilməsi zamanı hər bir konkret bölgənin iqlim şəraitinin nəzərə alınmasını təklif edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri