Icma.az
close
up
RU
Deputat: “Qlobal təşəbbüslərin təqdimat platforması”

Deputat: “Qlobal təşəbbüslərin təqdimat platforması”

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az Geosiyasi gərginliyin yüksəldiyi, regional münaqişələrin davam etdiyi və beynəlxalq münasibətlərdə yeni yanaşmaların ortaya çıxdığı bir dövrdə qlobal dialoq məkanlarının rolu xüsusi önəm daşıyır. Bu kontekstdə, Bakıda keçirilən XIII Qlobal Bakı Forumu dünya siyasətinin ən aktual məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalq platforma kimi diqqət mərkəzindədir.
“Keçid dövründə dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş Forum, qlobal təhlükəsizlik, enerji siyasəti, beynəlxalq əməkdaşlıq və regional sabitlik kimi prioritet məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir müxtəlif ölkələrin fəaliyyət göstərən və sabiq dövlət başçılarını, diplomatlarını, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirərək qlobal dialoqun inkişafına mühüm töhfə verir.
Forumun açılışında çıxış edən Prezident İlham Əliyev müasir dövrdə təhlükəsizlik məsələlərinin strateji əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı xüsusilə qeyd etdi ki, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və digər sahələrdə əldə olunan nəticələr davamlı ola bilməz.
Azərbaycanın təhlükəsizlik siyasəti ölkənin müstəqillik tarixində yaşadığı mürəkkəb proseslərin nəticəsi olaraq formalaşıb. Uzun illər Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilər və yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi dövlətimizin təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmasını zəruri edib.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq bərpa edib. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində ölkəmiz BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan müddəalarına uyğun şəkildə torpaqlarını işğaldan azad etdi.
Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, həm də beynəlxalq hüququn real həyatda tətbiqinin nümunəsinə çevrildi. Azərbaycan qətiyyətli siyasəti ilə həm beynəlxalq hüququn aliliyini bərpa etdi, həm də regionda yeni siyasi reallıqlar yaratdı.
Azərbaycanın müasir siyasi təcrübəsində diqqət çəkən mühüm məqamlardan biri, müharibədən sonra regionda sülh təşəbbüsü ilə çıxış etməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan işğala son qoyduqdan sonra regionda uzunmüddətli sabitliyin təmin olunması üçün Ermənistanla sülh gündəliyini irəli sürdü.
Regionda əldə olunmuş hazırki sabitlik göstərir ki, siyasi iradə və realist yanaşma mövcud olduqda, uzun illər davam edən münaqişələrin həlli mümkündür. Ermənistanla sülh sazişinin paraflanması və sərhəddə sabitliyin təmin olunması Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları açır. Azərbaycan mövqeyi və məqsədi Cənubi Qafqazı uzunmüddətli qarşıdurma məkanından qarşılıqlı əməkdaşlıq və inkişaf məkanına çevirməkdir.
Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Enerji resurslarının sabit və etibarlı şəkildə təmin olunması qlobal iqtisadi sabitliyin əsas şərtlərindən biridir.
Ölkəmiz neft, təbii qaz və elektrik enerjisinin istehsalı və ixracı sahəsində mühüm rol oynayır. Azərbaycanın enerji layihələri yalnız iqtisadi məqsədlərə xidmət etmir, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Son illərdə Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının artması, ölkəmizin enerji sahəsində strateji tərəfdaş kimi rolunu daha da gücləndirir.
Azərbaycanın geostrateji mövqeyi onu Avrasiya məkanında ən mühüm nəqliyyat və logistika mərkəzinə çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə rolunu əhəmiyyətli dərəcədə artırır.
Ermənistanla sülhün əldə olunması da yeni kommunikasiya imkanları yaradır, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat və enerji xətləri vasitəsilə regional iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.
Bugünkü mürəkkəb geosiyasi şəraitdə dövlətlərin təhlükəsizlik, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi siyasət regional və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan isə ardıcıl siyasəti, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə regionda sabitliyin və inkişafın möhkəmlənməsinə mühüm töhfə verir.
Bu baxımdan XIII Qlobal Bakı Forumu, Azərbaycanın qlobal miqyasda əməkdaşlığın inkişafına xidmət edən dialoq və əməkdaşlıq təşəbbüslərini təqdim etdiyi əsas diplomatik platforma kimi çıxış edir. Forum həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və qlobal siyasətdə fəal iştirak edən tərəf kimi mövqeyinin güclənməsinə xidmət edir.
Cavanşir Feyziyev, millət vəkili
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri