Icma.az
close
up
RU
Deputat Rövşən Muradov: “Meşələr ölkənin sosial iqtisadi, mədəni və müdafiə sahələrinin inkişafına təsir göstərir”

Deputat Rövşən Muradov: “Meşələr ölkənin sosial iqtisadi, mədəni və müdafiə sahələrinin inkişafına təsir göstərir”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Butan ölkəsi Cənubi Asiyada, Himalay dağlarında yerləşir. Hindistan və Çin (Tibet) ilə həmsərhəddir. Ərazinin böyük hissəsi meşələrlə örtülüdür. Təbiəti qorumağa çox ciddi yanaşırlar. Butan krallığının qanunlarına görə ökənin ən az 60%- i həmişə meşə ilə örtülü olmalıdır. Hazırda bu göstərici 71 %-dir.Azərbaycanda da meşələrin qorunması məqsədilə ölkə ərazisinin müəyyən faizinin meşə ilə örtülü qalmasını nəzərdə tutan sərt qanunların qəbul edilməsi mümkündürmü? Bu istiqamətdə hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Azərbaycanın ümumi ərazisinin 11,8%-i meşələrlə örtülüdür: “Azərbaycanın ümumi ərazisinin 86,6 min kvadrat kilometrindən 11,8%-i (1021 min hektar) meşələrlə örtülüdür. Meşələr ekoloji mühitin əsas tərkib hissəsi olaraq iqlim dəyişmələrinin, səhralaşmanın, bioloji müxtəlifliyin azalmasının qarşısının alınmasında və atmosfer qaz balansının qorunmasında mühüm rol oynayır. Eyni zamanda onlar ölkənin sosial-iqtisadi, mədəni və müdafiə sahələrinin inkişafına da təsir göstərir.

Ölkəmizdə meşələrin qorunması məqsədilə bir neçə əsas tədbir həyata keçirilir:

Meşələrin vəziyyəti öyrənilir, inventarlaşdırma aparılır və yeni meşə quruluşu layihələri hazırlanır;Qanunsuz ağac kəsilməsi və digər meşəqırmaların qarşısı alınır, fitosanitar vəziyyət müəyyən edilərək xəstəlik və ziyanvericilərdən qoruma tədbirləri görülür;Yeni əkinçilik qaydalarına uyğun, tez böyüyən meşə plantasiyaları salınır və bərpa olunan meşə ehtiyatlarından səmərəli istifadə edilir;Açıq sahələrdə yeni meşəliklər (tinglik sahələr) salınır, toxum tədarük edilir, tinglər yetişdirilir və mövcud seyrək meşəliklər bərpa olunur.

Bu sahədə ölkəmizdə kifayət qədər qanunvericilik aktları və normativ sənədlər qəbul edilmişdir. Bunlara Azərbaycan Respublikasının Konstitusiyası, Meşə, Cinayət və İnzibati Xətalar Məcəllələri, Yaşıllıqların mühafizəsi haqqında, Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunlar, prezident fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və digər hüquqi aktlar daxildir.

Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə ciddi ziyan dəyib. Zərərin aradan qaldırılması məqsədilə yuxarıda qeyd olunan tədbirlər plan üzrə mərhələli şəkildə həyata keçirilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri