Icma.az
close
up
RU
Deputat: Rusiya Azərbaycana soydaşlarımız vasitəsilə təzyiq etmək istəyir

Deputat: Rusiya Azərbaycana soydaşlarımız vasitəsilə təzyiq etmək istəyir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət, hüquq-mühafizə orqanlarının "xidmət"i böyükdür. Soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan da öz mövqeyini sərt formada bildirib. Hazırda Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirilərək onların qorxudulması prosesi gedir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Rusiyada etnik və irqi zəmində toqquşmalar ölkənin əksər regionlarını əhatə etməyə başlayıb:

"Azərbaycana soydaşlarımız vasitəsilə təzyiq etmək istəyirlər. Bu, Rusiyanın istifadə etdiyi kartdır. Hər zaman ən kiçik siyasi fikir ayrılığında, bu dövlət həmin kartı istifadə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışır.

Rusiyada azərbaycanlılara qarşı olan təzyiqlərlə bağlı danışarkən ikitərəfli münasibətlərin, daxili siyasi proseslərin və xarici amillərin kompleks qarşılıqlı təsirini də nəzərə almaq lazımdır".

"Ümumiyyətlə, baş verən hadisələr - reydlərin sərtliyi və ölüm hadisələrinin araşdırılmasında şəffaflığın olmaması, həm Azərbaycan dövləti, həm də cəmiyyəti tərəfindən məqsədyönlü anti-Azərbaycan siyasətinin təzahürü kimi qiymətləndirilir. Rusiya isə əksinə, əməllərinin qanuni olmasında israr edir, bunu mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqələndirir və saxlanılanların ölümünü təbii səbəblərlə izah edir ki, bu da siyasi zərəri minimuma endirmək cəhdidir. Amma bütün hallarda Rusiyanın dövlətimizə qarşı olan bu münasibəti qəbuledilməzdir. Ümid edirəm ki, Azərbaycanın müstəqil və güclü xarici siyasətindən narahatlığı açıq-aşkar nümayiş etdirən şimal qonşumuz dövlətimizə qarşı olan münasibətində dəyişikliklər edəcək", - deyə M.Cəfərov bildirib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri