Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Xankəndidə baş verən hadisənin detallarının üzə çıxmasını gözləməliyik. Hüquq-mühafizə orqanları araşdırmalarını sona qədər həyata keçirdikdən sonra daha dolğun məlumatımız olacaq. Bundan sonra daha dəqiq və detallı danışmaq mümkündür”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə ötən gün erməniəsilli şəxsin Xankəndi şəhərində terror aktına cəd etməsindən danışarkən deyib.
Deputat əlavə edib ki, bu kimi halların olması istisna edilməməlidir. Onun sözlərinə görə, söhbət ancaq son hadisənin baş verdiyi regiondan getmir: “Azərbaycanın düşmənləri çoxdur, belə hadisələrdən sevinərlər. Ancaq müharibədə qalib gələn Azərbaycan güclüdür, hər bir hərəkəti aradan qaldırmaq əzmindədir”.
A. Mollazadə bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün addımlar davam etməlidir: “İndi sazişə bir məsələ mane olur: Ermənistan Konstitusiyası. Azərbaycanın şərti odur ki, konstitusiya dəyişdirilsin, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina olunsun. Baş nazir Nikol Paşinyan da vəd verib ki, bu şərti yerinə yetirəcək. İndi biz gözləyirik. Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq”
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:Prezident: Rusiya digər iki şərtimizi də qəbul etməlidir
29 Dekabr 2024 15:31
Sülh sazişinə doğru mühüm addım Deputat detalları AÇIQLADI
14 Avqust 2025 19:23
Deputat seçilən prorektorun yerinə TƏYİNAT
03 Mart 2025 14:25
Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi Deputat
10 Oktyabr 2025 11:46
Baxış sayı:61
Bu xəbər 16 Sentyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















