Icma.az
close
up
RU
Deputat: Skuter və velosipedlər təhlükəsiz istifadə üçün maarifləndirmə tələb edir

Deputat: Skuter və velosipedlər təhlükəsiz istifadə üçün maarifləndirmə tələb edir

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Skuterlərin, velosipedlərin, motosikletlərin və buna bənzər digər vasitələrin artması özləri ilə müəyyən təhlükələr gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, təhlükənin əsas səbəbi bir çox istifadəçinin bu tip nəqliyyat vasitələrinə sadəcə əyləncə kimi yanaşmasıdır:

"Hər gün onlarla sakin skuter, velosiped və ya onlara bənzər vasitələrdən istifadə zamanı vurulur, şikəst olur. Təbii ki, mən skuterlərin və velosipedlərin artmasının və geniş istifadəsinin tərəfdarıyam. Lakin müəyyən önləyici tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Ciddi şəkildə maarifləndirmə aparılmalıdır."

O, təklif edib ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərə və təhsil müəssisələrinə xüsusi təlimat hazırlasın və müəllimlər həftədə ən azı bir dəfə şagird və tələbələrə izah etsinlər ki, skuter və velosiped sadəcə əyləncə vasitəsi deyil, diqqətsiz hərəkət kiminsə həyatına son qoya və ya ömürlük şikəst edə bilər.

"Əlavə olaraq, istər sosial şəbəkələrdə, istər iş kollektivlərində, istərsə də dövlət qurumlarında davamlı maarifləndirmə işləri aparılmalıdır. İnsanlar bu məlumatları övladlarına və yaxınlarına çatdırmalıdır. Mətbuat nümayəndələrini də maarifləndirmə işində fəal olmağa dəvət edirəm", – deyə deputat bildirib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri