Deputat: Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara etnik təmizləmə siyasəti aparıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Son 200 ildə Azərbaycanda və Cənubi Qafqazda ermənilərin, onların havadarlarının yeritdiyi siyasət nəticəsində azərbaycanlılara qarşı deportasiya, soyqırımı və etnik təmizləmə aparılıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentdə keçirilən "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də 200 illik ədalətsiz prosesin dayandırılmasına start verildi:
"Vaxtilə ermənilərin və onların havadarlarının səyi nəticəsində bu proseslər barədə məlumatlar gizlədilirdi. Buna görə də yeni nəsillər belə faciələrdən xəbərsiz yetişmişdi. Prezident İlham Əliyev qələbədən sonra 2022-ci il dekabrın 24-dəki tarixi çıxışında Azərbaycan dövlətinin və xalqının yeni ideyasını elan etdi. Bu məsələdə də QHT-lər öz sözlərini deməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 10 Mart 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















