Icma.az
close
up
RU
Deputat Tənzilə Rüstəmxanlı Həsənəbad qəsəbəsində sakinlərlə görüşüb

Deputat Tənzilə Rüstəmxanlı Həsənəbad qəsəbəsində sakinlərlə görüşüb

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala rayonu, Həsənabad qəsəbəsində sakinlərlə növbəti görüşü olub.
Newscenter.az xəbər verir ki, Həsənabad qəsəbəsində, şəhid Şəmsəddin Orucov adına tam orta məktəbdə təşkil edilən görüşdə 40 dan artıq sakin iştirak edib.
Görüşdə, qəsəbə sakinləri ilə yanaşı, Neftçala şəhərindən, həmçinin Qoltuq, Boyat, Aşağı Qaramanlı, Qədimkənd kəndlərindən də vətəndaşlar iştirak ediblər.

Öncə millət vəkili ötən aylar ərzində Neftçala rayonunda gördüyü işlərdən, həllini tapan müraciətlər barədə vətəndaşlara qısa məlumat verib. Ardınca, qəbula gələn sakinlərin səsləndirdiyi təkliflər, şikayətlər dinlənilib.
Qəbula gələn sakinlər əsasən qəsəbə məktəbinin binasının acınacaqlı vəziyyətindən, qəsəbənin su təchizatındakı problemlərdən, bəzi kənd və məhəllə yollarının təmirə ehtiyacından, o cümlədən işsizliklə bağlı şikayətlənərək, deputatdan bu məsələlərlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmağı xahiş ediblər.

Görüşdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samid İmanovun atası Gülağa İmanov və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova Tənzilə Rüstəmxanlıya Neftçala rayonunda, o cümlədən Həsənabad qəsəbəsində şəhid ailələrinə, qazilərə göstərdiyi hədsiz diqqətə görə təşəkkür ediblər.
Görüşün sonunda qəbula gələn Neftçala rayon Peşə məktəbinin direktoru Tarıyel Yaqubov tələbələrin çəkdiyi rəsm işini Tənzilə xanıma hədiyyə edib və onu may ayında məktəbin 50 illik yubileyində iştirak etməyə dəvət edib.
Görüşdə Neftçala rayon İcra Hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vasif Əliyev də iştirak edib.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri