Icma.az
close
up
RU
Deputat uşaqlarla bağlı sos siqnalı verdi

Deputat uşaqlarla bağlı sos siqnalı verdi

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Təəssüf ki, Azərbaycanda uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur. Əsasən serial, animasiya və uşaq proqramları var, amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir”

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, istehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur:

“Lakin milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda – “Pixar”, “DreamWorks” və sair fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə, yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır. Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar”.

Deputat bildirib ki, uşaq filmlərinin azlığı tək mədəni problem deyil, gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir:

“Azərbaycanda uşaqlar üçün cizgi filmləri (animasiya) sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da, müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var.  İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları, ən pis halda isə “Disney”lə böyüyürlər.

Uşaqlarımızın ilk oyuncaqlarının hamısı qeyri-milli və əcnəbi istehsallıdır. Biz öz milli oyuncaqlarımızı necə istehsal edək, övladlarımıza min illik nağıl qəhrəmanlarımızı, miflərimizi necə ötürək? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır”.

Z.Oruc qeyd edib ki, minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur:

“Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri