Icma.az
close
up
RU
Milyonları düşündürən məsələ: sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi

Milyonları düşündürən məsələ: sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda, xüsusilə də paytaxt Bakıda mənzil bazarındakı vəziyyət uzun müddətdir cəmiyyətin narazılığına səbəb olur. Satış qiymətlərinin yüksəkliyi ilə yanaşı, kirayə haqları da vətəndaşların imkanlarını aşır. Ölkədə 1000 manat və ya daha çox maaş alan insanların sayı azdır, lakin ipoteka şərtlərinə baxdıqda, ilkin 20-30 faiz ödənişdən sonra vətəndaşdan 25 il ərzində ayda min manatdan yuxarı məbləğ tələb olunur. Daha acınacaqlısı odur ki, 600-900 manat maaşla çalışan və hər ay 450-500 manat kirayə haqqı ödəyən şəxslərin ev sahibi olmaq imkanları demək olar ki, mümkünsüz görünür.

Bu, mövcud sosial reallıqlar fonunda nə dərəcədə doğru və ədalətli mexanizm sayıla bilər?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, əhalinin yaxşı yaşaması üçün normal həyat şəraitinin yaradılması olduqca vacibdir.

Onun fikrincə, insan üçün ən əsas ehtiyaclardan biri ev sahibi olmaqdır:

“Doğrudur, son illər dövlət tərəfindən müəyyən güzəştli kredit proqramları həyata keçirilir, sosial evlər tikilir və bu istiqamətdə müəyyən işlər görülür. Bakıda kifayət qədər çox sayda yeni mənzillər inşa olunur. Lakin bu mənzillərin əksəriyyəti sadə vətəndaşlar üçün əlçatan deyil. Bu, real bir problemdir. Qeyd etdiniz ki, hətta 1000-1200 manat maaş alan bir şəxs belə illik olaraq 1000 manatdan çox kredit ödənişi etməlidir. Bu isə 25 il müddətinə davam edir və xüsusilə gənc ailələr üçün belə ödənişləri etmək çox çətindir. Vətəndaşların sosial kateqoriyalarını nəzərə almaq vacibdir. Yüksək maaş alan şəxslərin çoxu onsuz da ev problemini müəyyən qədər həll edib. Ən çox evə ehtiyacı olanlar isə gənc ailələr və hazırda kirayədə yaşayan insanlardır. Kirayə qiymətlərinin Bakıda yüksək olduğunu da nəzərə alsaq, vəziyyət daha da ağırlaşır. Bu səbəbdən, xüsusi dövlət proqramları hazırlanmalıdır”.

İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin şərtləri yüngülləşdirilməlidir:

“Hazırda bu kreditlərə çıxış üçün elə tələblər qoyulub ki, bəzən elm adamı olmaq belə kifayət etmir. Halbuki ailə qurmaq istəyən, maaşı yüksək olmayan gənclər üçün bu imkanlar daha əlçatan edilməlidir. Güzəştli kreditlər üzrə daha uyğun şərtlər tətbiq olunmalı, bu imkanlardan faydalanmaq istəyən gənc ailələrə və aztəminatlı ailələrə mənzillər təqdim edilməlidir. Sosial evlərə müraciət şərtləri isə kifayət qədər ağırdır. Təsəvvür edin, insan hər ay 1000-1200 manat ödəməlidir. Bu da o deməkdir ki, onun aylıq gəliri azı 3000-4000 manat olmalıdır ki, bu məbləği ödəyə bilsin. Dövlətin imkanları kifayət edir ki, bu sahədə xüsusi proqramlar işlənib hazırlansın. Kifayət qədər mənzil tikilir, sadəcə olaraq, bu mənzillərə çıxış üçün qoyulan şərtləri dəyişmək və real ehtiyacı olan insanlara yönəltmək lazımdır. Bu sahədə əsas diqqət gənc ailələrə, az maaş alan və ev problemi yaşayan insanlara, xüsusilə də uşaqlı ailələrə yönəldilməlidir. Mənzil proqramları məhz bu kateqoriyalara uyğun şəkildə hazırlanmalıdır ki, insanlar oradan yararlana bilsin”.

Vahid Əhmədov daha maraqlı bir məsələyə toxunub:

“Ayda təxminən 1050 manat maaş alan adam tanıyıram ki, bu məbləğlə 25 il ərzində kredit ödəməlidir. Faktiki olaraq, insan 25 il yalnız bu evin pulunu ödəməklə məşğul olacaq. Onun gündəlik həyatı, dolanışı, uşağın təhsili, digər ehtiyacları necə qarşılanacaq? Digər ölkələrin təcrübəsinə baxmaq və uyğun modelləri öyrənmək lazımdır. Elə sistem qurulmalıdır ki, gənc insanlar, məsələn, kirayə evdə qalırsa, müəyyən dövrdən sonra şəxsi evinin sahibi olmaq imkanı qazansın. Əgər qazandığı maaşın hamısını evin kreditinə verəcəksə, bu insan necə yaşayacaq? Mövcud şərtlərə yenidən baxılmalıdır ki, insanlar real şəkildə ev ala bilsinlər. Düşünün, Bakıda neçə-neçə binalar var ki, tikilib, amma insanlar orada yaşamır. Hətta illərlə boş qalan mənzillər mövcuddur. Belə olan halda, ehtiyacı olan vətəndaşlara bu mənzillərin əlçatan edilməsinə çalışmaq lazımdır. Bir daha qeyd edirəm: xüsusi bir mənzil proqramına ciddi ehtiyac var. Elə bir proqram hazırlanmalıdır ki, əhalinin evə ehtiyacı olan təbəqəsi, xüsusilə gənclər bu imkanlardan yararlana bilsin”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see161

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri