Deputata məxsus olduğu bildirilən şirkət Mərkəzi Bankın fəaliyyətinə mane oldu, cərimələndi
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nəsimi Rayon Məhkəməsində "Avromed Company" QSC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar verilib. Qərara əsasən, şirkət cərimələnib.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.
Xəyal Quliyev

