Icma.az
close
up
RU
Deputata məxsus olduğu iddia edilən mal bazarı ilə bağlı YENİ DETALLAR ortaya çıxdı VİDEO

Deputata məxsus olduğu iddia edilən mal bazarı ilə bağlı YENİ DETALLAR ortaya çıxdı VİDEO

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı. 

Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.

Örüş sahələrinin zəbt edilmsi ilə bağlı Sitat.info-ya müraciət edən şikayətçilər bildiriblər ki, iki gündür  mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib, bu barədə nə mətbuatda, nə də İmişli Rayon İcra Hakimiyyətinin saytında bir açıqlama yoxdur. 

Şikayətçilərin sözlərinə görə, deputat Razi Nurullayevin yaxın adamı, seçki kampaniyasında fəal iştirak edən  Seymur Xudiyev son günlər Tiktok sosial şəbəkəsində canlı yayın açaraq, mal-bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Həmin şəxsin mal bazarında, tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. S.Xudiyev videolarda  ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə, mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və sair mövcuddur. 

Qeyd edək ki, Seymur Xudiyev Xələfli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var.

Deputat bundan öncə mal bazarının da onunla heç bir əlaqəsi olmadığını bildirmişdi. Mətbuatda isə zəbt edilmiş 20 hektardan çox örüş sahəsinin Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası, Qulubəyli kənd sakini Yavər Süleymanova 12 aprel 2025-ci il tarixdə Muradalılı bələdiyyəsi tərəfindən 2040-cı ilə qədər icarəyə verildiyi ilə bağlı məlumat yayılmışdı.  

Tikintinin aparıldığı ərazidə 1036 ədəd yulğun ağacı deputatın adamları tərəfindən məhv edilib. Onlar tərəfindən təbiətə külli miqdarda ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin 30 aprel 2025-ci il tarixli rəyinə əsasən akt tərtib edilib və qanunsuz tikinti aparan Yavər Süleymanov cərimə olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözügedən ərazidə hər-hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar versə də, nədənsə qanunverici orqanı təmsil edən şəxsin adamlarından həmin qərara məhəl qoyan yoxdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri