Icma.az
close
up
RU
Deputata məxsus olduğu deyilən şirkətin tibb lisenziyası yoxa çıxdı

Deputata məxsus olduğu deyilən şirkətin tibb lisenziyası yoxa çıxdı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsus olduğu deyilən "A ənd J Holdinq” MMC-yə (A&J Holding) özəl tibb fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziya itib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sənədin hansı şəraitdə itdiyi açıqlanmayıb. 

Məlumata görə, İN\L-139\2021 qeydiyyat nömrəli lisenziya itdiyi üçün etibarsız sayılıb.

"A ənd J Holdinq” MMC-yə (A&J Holding) özəl tibb fəaliyyətini həyata keçirmək üçün lisenziya 2021-ci il aprelin 5-də İqtisadiyyat Nazirliyi tərəfindən verilib. 

Xatırladaq ki, "A&J Holding” 2005-ci ildə təsis edilib. Şirkətin 20.51 mln. manat nizamnamə kapitalı var. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir. 

Ötən il Milli Məclisə keçirilən seçkilərdən sonra şirkətin rəhbəri dəyişdirilib. Fuad Məhərrəmov holdinqin direktoru təyin edilib. Buna qədər isə şirkətin rəhbəri Milli Məclisin hazırkı deputatı Əlibala Məhərrəmzadə olub. O, ötən ilin sentyabrından parlamentdə 59 saylı Quba seçki dairəsini təmsil edir. 

Şirkətin fəaliyyət sferasına gəlincə isə, bununla bağlı açıq mənbələrdə heç bir məlumat qeyd olunmayıb. Amma dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə "A ənd J Holdinq” MMC-nin kondisioner, soyuducu anbarlarının təmiri, tədbirlərin təşkili və s. bir sıra fəaliyyət növü ilə məşğul olduğu müşahidə edilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri